Razi NurullayevStatements

Əks yola çıxan sürücülərin avtoları yararsız hala salınsın – Təklif

Hamımız bilirik ki, yollarda ciddi problemlər var. Sürücülərin mədəniyyətsizliyinə toxunmaq istəyirəm. Əks istiqamətli qoşa yolda tıxaclar yaranan zaman, bir sıra mədəniyyətsiz, özündən razı və cəzasızlıqdan əziyyət çəkən sürücülər əks yola keçərək tıxaclar yaradırlar. Nəticədə saatlarla tıxacda əziyyətlər çəkirik. Biz tıxacda addım-addım irəliləyən zaman, onlarla mədəniyyətsiz sürücülər yanımızdan əks tərəfdən gələn maşınların yoluna çıxırlar. Hətta, yol polisləri də bununla mübarizə apara bilmirlər. Çünki, tıxac vaxtı onların həmin mədəniyyətsiz sürücüləri saxlayıb cəzalandırmaq imkanları olmur.

Çıxış yolu nədədir?

Cəzalandırmaq. Dərs vermək və boşluq buraxmamaq. Yadınızdadırsa, Vilnüsün meri keçən il düzgün parkovka etməyən Mersedesi BTR ilə əzdi. Bu video bütün dünyaya yayıldı.

Bizdə də kobud qanun pozuntusu ilə saatlarla minlərlə insanın əsəbləri və zamanı ilə oynayan sürücülərin maşınları yararsız hala salınmalıdır. Qanunla ziddiyət təşkil etmirsə, daxili qərarlarla Bakı şəhər icra hakimiyyəti, Daxili İşlər Nazirliyi və Dövlət Yol Polisi belə qərar qəbul edə bilər. Onlarla özündən razı və mədəniyyətsiz sürücünün avtomobilləri bilərəkdən əks yola çıxdığı üçün yararsız hala salınarsa, daha bu cür qanun pozuntusu etməyə heç kim cürət etməz.

Mədəniyyətsiz və yol hərəkəti qanunlarına uymayan sürücülərdən əziyyət çəkən ictimaiyyət nümayəndələrindən və mədəniyyətli sürücülərdən dəstək gözləyirəm! Bu məsələni ictimailəşdirək və mədəniyyətsiz sürücülərə yerini göstərək!

Müharibəni udmaq üçün diplomatiyanın və qanunların arxasında hərbi güc dayanmalıdır. Dediyim məsələnin həllində də qanunlara tabe olmayanalara başa düşəcəkləri dildə güc göstərilməlidir. Başqa yolu yoxdur!

Related Articles

Back to top button