Razi NurullayevStatements

Siyasətçini hər dediyi sözə və cümləyə görə məşhər ayağına çəkirlər

Razi Nurullayev, "Region" Beynəlxalq Analitik Mərkəzin İH-nin sədriSiyasətdən kənar adamlar düşünürlər ki, siyasət asandır və siyasətçilər də xoş gün görürlər. Düşünürlər ki, Şərqdən Qərbə, Şimaldan Cənuba bütün siyasətçilər eynidir. Belə deyil. Həyatda bütün insanlar fərqlidir və siyasətçilər də. Uca xalqımın nümayəndələri! Heç özünüzü siyasətçilərin yerinə qoymaq istəmisinizmi? Heç düşünmüsünüz ki, onlar Azərbaycanda (xüsusən də müxalifətçilər) hansı məhrumiyyətlər içində yaşamalı, danışmalı və mübarizə aparmalı olurlar?

Siz bilirsinizmi ki, siyasətçini hər dediyi sözə və cümləyə görə məşhər ayağına çəkirlər? Siyasətçilər (xüsusən də müxalifətçilər) normal həyat da yaşaya bilmirlər. Hər addımlarına, görüşlərinə və salam verib-almalarına belə ehtiyatla yanaşmalı olurlar.

Siyasət siyasətçiləri ictimai rəyin quluna çevirib. Siyasətdə fürsətçilər də var. Siyasətçilər xalq və millət qarşısında cavabdehlik daşıyırlar. Buna görə də fürsətçilərin ucbatından güclü birlik və koalisiyalar da yarada bilmirlər.

Biz mübarizəmizdə səmimiyik. Xalqımız və millətimiz qarşısında alnımız da açıqdır. Hərdən çalışıb özünüzü bizim yerimizə qoyun və nə edə biləcəklərinizi düşünün. Görün çoxmu nəsə edə bilərsiniz? Məhrumiyyətlərə və keşməkeşli həyata hazırsınızmı?

Hazırsınızsa, siyasətə gəlin, hazır deyilsinizsə bizi başa düşün və dəstək olun! Özünüzün və ətrafınızın daha yaxşı həyatı üçün!

Related Articles

Check Also
Close
Back to top button