Public speakingStatements

“Innocence of Muslims” (Müsəlmanların Məsumluğu) filmi ABŞ-a baha başa gəldi və gəlməkdədir.

Sam Becile adlı rejissorun çəkdiyi “Innocence of Muslims” (Müsəlmanların Məsumluğu) filmi ABŞ-a baha başa gəldi və gəlməkdədir. Bu film ABŞ-ın Liviyadakı səfiri Kristofer Stevensin (Christopher Stevens) və daha 3 əməkdaşın həyatını faciəli şəkildə məhv etdi. Düzdür, ABŞ Ərəb Baharında oynadığı roldan geri çəkilməyəcək. Geri çəkilməsi ABŞ-ın Yaxın Şərq siyasətinin iflası və İsrailin meydanda tək qalması anlamına gələcək.

ABŞ-dan bu filmin yayılması bütün Müsəlmanların heysiyyatını kəskin olaraq təhqir etdi və əlbəttə, heç bir halda bu təhqir və biabırçılıq söz və din azadlığı kimi qiymətləndirilə bilməz.

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan da açıqlama verib və deyib:
“İslamın uca dəyərlərinə və Hz. Peyğəmbərə (s) təhqir fikir və inanc azadlığı kimi dəyərləndirilə bilməz. Dinlərə, peyğəmbərlərə, insanların müqəddəs dəyərlərinə qarşı təhqirlər fikir və tənqid azadlığı olaraq adlandırıla bilməz. Təhqir dolu yanaşmalar tam əksinə fikir, inanc və tənqid azadlığını təhrif etməkdir. Bu, eyni zamanda səbəb-nəticə əlaqəsidir. Bu baxımdan təhrik edən hərəkətlərə qarşı biz idarəçilərin də lazımı tədbirləri görməsi lazımdır. İslam və Hz. Peyğəmbəri (s) təhqir edən film açıq-aşkar provokasiyadır və düşmən yanaşmasıdır”.

Bu film dediyimiz kimi ABŞ-ın maraqlarına ciddi zərbə vurdu. Suriya və İran məsələsində Qərbin mövqeyini zəiflətdi və onların yaxın gələcəkdəki planlarını ayaqlar altında əzib məhv etdi. Onilliklərlə qurulan və həyata keçirilməsi planlaşdırılan məsələlər bir anda məhv olmaq təhlükəsi ilə üzləşib. Suriya və İranın mövqeləri möhkəmləndi. Bu filmin yayılmasında ciddi əllərin və beyinlərin rolunun olması danılmazdır. Bunu kim edib? Bu isə başqa mövzudur.

Qərb siyasətini hələ də qoruya bilər və bunu qorumağda axıra kimi israrlı olacağına inanıram. İstənilən halda başlanmış proqramın axıra çatdırılması planları vardır. Müsəlman dünyasının rəğbətini qazanmaq çətin olacaq. Buna qismən nail olmaq üçün bu video ləğv edilməli və sosial şəbəkələrdən yığışdırlmalıdır.
Bu filmi çəkənlər birbaşa dini ekstremizm yaymaqda, dinlərarası nifaq salmaqda və bəşəriyyətə qarşı təhqirdə məsul olmalı və cəzalarını almalıdırlar. Əgər, bu söz və din azadlığı kimi qələmə veriləcəksə, o zaman Qərbin demokratiya çağırışları da iflasa uğrayacaq. Xalqlar öz talelərini özləri həll edəcəklər. Bir tərəfdə itən zaman, bir tərəfdə qazanılır. İtgilərin yeri zamanla dolur

Related Articles

Back to top button