Public speakingStatements

“Rusiya ilə Azərbaycan arasında səmimi münasibətlər yoxdur”

06.09.2012 | 14:37

“Azərbaycanın arxasında Türkiyə və Qərbin enerji maraqları dayanır”

Bunu Avrasiya.net-ə “Region” Beynəlxalq Analitik Mərkəzin (RBAM) rəhhbəri, politoloq Razi Nurullayev Rusiyanın Şimali Qafqaza hərbi birləşmələrini toplaması məsələsinə münasibətində söyləyib. Politoloq Razi Nurullayev onu da bildirib ki, Şimali Qafqazda vəziyyətin gərginləşməsi avqust ayında Şimali Qafqazda, o cümlədən Dağıstanda baş verən terror hadisələri ilə bağlıdır. Bu terror hadisələri zamanı hüquq-mühafizə əməkdaşlarının itkiləri çoxalıb. Yalnız avqust ayının son həftəsində 15 hərbçi həlak olub, 11-i isə yaralanıb: Məsələnin bu dərəcədə kəskin qoyulması və hətta NATO-nun baş katibi Rasmussenin də “Biz Rusiya Federasiyasının hərbi təlimlərini diqqətlə izləyirik və Rusiyanı bu istiqamətdə maksimal şəffaflığa çağırırıq” deməsi hərbi biləşmələrin də aniterror əməliyyatlarına cəlb edilməsidir.

Digər tərəfdən, məsələnin bu qədər şişməsinə həm də sentyabrın 17-23-ü arası Rusiyanın cənubunda «Qafqaz 2012» strateji komando-qərargah təlimləri keçirilməsidir. Bu 2012-ci ildə Rusiyanın keçirəcəyi ən əhəmiyyətli hərbi təlimidir. Bununla bərabər, Gürcüstanın da həyəcan siqnalı verməsi vəziyyəti daha da dramatikləşdirib. Tbilisi hesab edir ki, Rusiya bu manevrlərdən Gürcüstana soxulmaq üçün bəhanə kimi istifadə edəcək. Gürcüstanın DİN rəhbərinin müavini Nino Kalandadze hərbi təlimlər barədə deyib ki, «Bu gün verilən bəyanatlara baxmayaraq, ehtiyat üçün əlimizdə əsas var. Biz rusiyalı siyasətçilərin sözləri ilə əməllərinin bağlılığını bilirik. Bununla belə, həmişə bu cür manevrlərin sonunda silahlı qüvvələrin təlim yerində qaldığının şahidi olmuşuq”

Amma, məncə narahatlığa əsas yoxdur. Rusiya Şimali Qafqazda vəziyyətin nəzarətdən çıxmasından və yeni terror dalğasının genişlənməsindən əndişələnib və təşəbbüsləri yerindəcə boğmaq niyyətindədir. Çünki, Soçi Olimpiyadasının keçirilməsinə birbaşa təhlükə yaradan terror əməliyyatları Rusiyanı çətin vəziyyətə qoyub. Rusiya stabil ölkə olduğunu və vəziyyətə tam nəzarəti həyata keçirdiyini bəyan etmək niyyətindədir. Amma o qonşu dövlətlərə soxulmayacaq. Rusiyanın hazırkı siyasətində qonşu ölkələrə hücum strategiyasi yoxdur.

Bunu Avrasiya.net-ə “Region” Beynəlxalq Analitik Mərkəzin (RBAM) rəhhbəri, politoloq Razi Nurullayev Rusiyanın Şimali Qafqaza hərbi birləşmələrini toplaması məsələsinə münasibətində söyləyib. Həm də mən düşünmürəm ki, Rusiyanın bu addımları Ramil Səfərovun Azərbaycana təhvil verilməsi ilə əlaqələndirilə bilər. Kollektivlik Təhlükəsizlik Müqaviləsi Şurasının baş katibi Bordyuja bu məsələni pisləyib, amma onlar bundan artığına getməyə cəsarət edə bilməzlər. Azərbaycan bu məsələlərdə yalnız deyil. Onun arxasında Türkiyə və Qərbin enerji maraqları dayanır.

Yeganə məsələ, Rusiyanın Azərbaycanın siyasi hakimiyyəti ilə münasibətlərə yenidən baxması ola bilər və artıq iki ölkə arasında səmimi münasibətlər yoxdur”.

Related Articles

Check Also
Close
Back to top button