Public speakingStatements

“ABŞ liviyalıları Qəddafinin dəmir yumruqlarından qurtarırdı ki…”

13.09.2012 | 22:04

Liviyada ABŞ səfirinin öldürülməsi və Misirdə anti-amerika ritorikasının başlanması ABŞ-ı Ərəb Baharına digər rakursdan da baxmağa vadar edib.

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri “Facebook” profilində “Region” Beynəlxalq Analitik Mərkəzin (RBAM) rəhbəri Razi Nurullayev ABŞ səfirinin Liviyada öldürülməsinə münasibət bildirərkən deyib: “ABŞ və ümumilikdə Qərb dünyası bunları gözləmirdi. Axı ABŞ və NATO ölkələri Liviya üçün böyük risklər götürməli oldular. Onlar olmasaydı, Qaddafi inqilabçıların və ona qarşı çıxanların nəslini yer üzündən siləcəkdi. On minlərlə azadlıq mübarizəsinə və tiraniyaya qarşı şıxan inqilabçılar edam olunacaqdılar. Bəs nə baş verdi?

Belə çıxır ki, ABŞ Liviyalılara kömək edirdi və onları Qəddafinin dəmir yumruqlarından qurtarırdı ki, onlar da onun səfirini və vətəndaşlarını rüsvaycasına öldürsünlər? ABŞ-da bir sıra siyasətçilər, əsasən də, ABŞ-da prezident seçkilərinin keçiriləcəyini nəzərə alaraq, Obamaya zərbə vurmağa çalışan Respublikaçılar, Misir və Liviyada baş verən hadisələri Obamanın xarici siyasətinin və demokratiyanın genişlənməsində uğursuluğu kimi qiymətləndirirlər. Amma, ABŞ vətəndaşlarının, beyin mərkəzlərinin və siyasətçilərinin çoxu ABŞ-ın Ərəb Baharındakı rolunu yüksək qiymətləndirir və bunu daha əzmlə davam etdirməsini istəyirlər.

Çünki, dünyada demorkatiya olmadan, ikili siyasət davam etdikcə, xalqlara ikinci dərəcəli insanlar kimi baxılacaqsa, bu tip qətllər və hücumlar davam edəcək. Buna görə də Qərb öz demokratiya və xalqların azadlıq mübarizələrini səmimi şəkildə müdafiə etməli və yolundan dönməməlidir. Bununla bərabər, hakimiyyət dəyişikliyinin nə ilə nəticələnəcəyini də hesablamalıdır. Qərb Ərəb Baharından sonraki hadisələri düzgün qiymətləndirə bilmədi və eyni zamanda dünyada aparıcı beyin mərkəzləri də iflasa uğradılar. Onlar hadisələrin gedişini düzgün qiymətləndirməli və tövsiyyələrini məqamında təqdim etməli idilər.

ABŞ mübarizəsindən çəkilməyəcək. Bundan sonra ABŞ siyasətində daha sərt davranmalı olacaq və sonrakı proseslərin inkişafına da birbaşa nüfuz edəcək. Ərəb Baharı yeni mərhələyə qədəm qoyacaq və proseslər də idarə olunacaq. Artıq inqilablar və dəyişikliklər planlaşdırılacaq!”

Related Articles

Back to top button