Dövlət başçısının Fransaya səfər bizə nə verdi?

Posted by on 19 September, 2012
This post was filed in Açıqlamalar, Razi Nurullayev, Yazılar and has no comments yet
1

Azərbaycan dövlət başçısının Fransaya səfəri həm Azərbaycan, həm də Fransa üçün önəm daşıyır. Rəsmi mənbələrdə qeyd oluna görüşün gündəliyindən kənar məsələlərin daha maraqlı olacağını nəzərə alıb onlar barədə yazmaq istəyirəm.

Keçən il sabiq Fransa prezidenti Sarkozinin Azərbaycana səfəri zamanı bir sıra strateji layihələr müzakirə olunmuşdu. Bunlardan biri Fransanın “Total” şirkətinin Azərbaycanda qaz layihələrində daha yaxından iştirakı, o birisi isə Azərbaycanla Fransa arasında starteji əməkdaşlıq məsələlərinin yeni mərhələyə qədəm qoyması barədə idi. Azərbaycan hakimiyyəti Sarkozinin yenidən seçilməsini mümkün sayırdı və Hollandın seçilməsi bir az sürpriz oldu və buna görə də Azərbaycan iqtidarı Sarkozi dönəmində başlanan məsələlərin davam etməsi ilə bağlı danışıqları təzələməli idi. Bu baş verdi. Azərbaycan dövlət başçısının sabiq Sarkozi ilə görüşməsi də onun dövründə başlanan bir sıra işlərin davam etdirilməsinə dəstək verməsinin xahişi idi. Sarkozi bu məsələdə Azərbaycana dəstək verəcək. Fransa Azərbaycan ilə münasibətlərin yaxşılışmasında maraqlıdır. Çünki, həm Türkiyə, həm də Azərbaycanla “düşmən” olmaq Fransanın xarici siyasət kursuna uyğun deyil və hətta çox zərərlidir.

Amma, bu siyasətin də “əmma”sı var. O, da Fransanın demokratiya və insan hüquqları ilə bağlı mövqeyidir. Məhz, bu səbəbdən Azərbaycanla Fransa arasında hərtərəfli əməkdaşlıq və onun strateji səviyyəyə yüksəlməsi baş vermir.

Ramil Səfərov məsələsi də müzakirə edilib. Azərbaycan Fransaya Ramil Səfərovun işi ilə bağlı əlavə məlumatlar çatdırıb və bu məsələdə ondan ən azından Azərbaycana qarşı sərt mövqe sərgiləməməsini və ikitərəfli münasibətlərin zərər çəkməməsini istəyib.

Dağlıq-Qarabağ mövzusu bütün danışıqların ana xəttidir. 2011-ci ildə Kazan görüşünün iflasa uğraması, Ramil Səfərovun Məcarıstandan ölkəmizə gətirilməsi və əfv edilməsi Ermənistanla danışıqları təmamən pozub və yeni bir şərait yaradıb. Yeni şərait ondan ibarətdir ki, artıq danışıqların faydasızlığı üzə çıxıb və Azərbaycan danışıqların bərpa edilməsində maraqlı deyil.

Bu baxımdam artıq Azərbaycan dövlət başçısı Fransa prezidentindən Ermənistana təsir göstərməsini və kompromislərə razı salmasını da istəyib. Məlumatıma görə, Azərbaycan dövlət baçşçısı artıq danışıqlarda qeyd edir ki, xalq müharibə istəyir və o bu istəyin qarşısını ala bilmir. Onun üçün də həmsədr ölkələr daha effektiv və praktik yollar barədə düşünməlidirlər.

0
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Leave a Comment