Statements

Müxalifət olmayıb, müxalifət adı ilə siyasi sığınacaq alanlar

Avropa ölkələrindən mənə Azərbaycandan edilən mühacirətlə bağlı məktublar ünvanlanır və bunun nə qədər əsaslı olduğunu öyrənmək istəyirlər. Deməliyəm ki, müxalifət partiyalarında öndə gedən, polislə əlbəyaxa olan, ayağını yerə dirəyib avtobuslara minmək istəməyən, yerlə sürünməyi özünə yaraşdıran, amma mübaruzəsindən dönməyən fəalları bu gün də Azərbaycanda görməkdəyəm. Amma, elə insanlar var ki, adımızdan istifadə edib, Avropa ölkələrində sığınacaq alırlar. Bununla bərabər, sıralarımızda, doğurdan da siyasi baxışlarına görə ciddi şəkildə məhrumiyyətlər yaşayanlar var. Heç onları yerləşdirə bilmirik, amma sui-istifadə edənlər ortadadır.

Zamanı ilə müxalifəti söyən, bizləri tənqid edən, bəyənməyən və s. adamlar gedib sığınacaq alıblar və onları çox yaxşı tanıyıram.

Buna son qoymaq vaxtıdır və proses başlayıb. Yalnız Belçikada 2010-cu ildə 72 və 2011-ci ildə 118 nəfər siyasi sığınacaq üçün müraciət edib. Bu məsələni partiyanın növbəti iclasında gündəliyə təklif edəcəm. Hələ keçən il də mən bir neçə ölkənin miqrasiya idarələrinə təklif etmişdim ki, müraciət edənlərlə bağlı bizə sorğu göndərsinlər. Bilgimə görə, artıq bu yaxın günlərdə reallaşacaq.

Related Articles

Back to top button