ArticlesRazi NurullayevStatements

AXCP üzvü Fədai Qaraxanlının vicdanı və dəyərləri və ya itirilmiş telefonlar necə tapıldı

Fədai Qaraxanlı

Bu gün iki telefonumu (Samsung və iPhone) itirmişdim. Saat 15.00-də Azadlıq prospekti metrosu olan parkda müsahibə verən zaman səs kameraya düşməsin deyə – kənara – otların üstünə qoydum. Yadımdan çıxıb qalıb. Bir də 3 saatdan sonra yadıma düşdü. Zəng etdim, telefonlar söndürülməyib. Ümidim artdı. Zəng edirəm götürən yox. Gah sönür, gah işləyir. Sən demə metroda imiş götürən. Gənclik metrosunda görüşdük və telefonu götürdüm.

Kim olsa yaxşıdır? Bizim AXCP üzvü Fədai Qaraxanlı!

Təəccübləndim və o da çox mütəəssir oldu. Dedi ki, bəy kim olsa idi verəcəkdim. Mənə çox təsir etdi. Bu da AXCP dəyəri. Cəbhəçi vicdanı və cəbhəçi ürəyi. Sağ ol Fədai bəy! Telefonlarım sənə rast gəlməsəydi, iki telefon və 3 nömrə, həyat dayancaqdı.

Budur müxalifətin təmsilçiləri. Həyacandan yadımdan çıxdı, Fədai bəyin telefonunu almadım. Bilənlər, onu mənə göndərin, zəhmət olmasa!

Related Articles

Back to top button