Corner articles

“Novostroyka”larda baş verən özbaşınalıqlar və yaxud cəzasızlıq

Razi Nurullayev, "Region" Beynəlxalq Analitik Mərkəzin İH-nin sədri
Razi Nurullayev
“Region” Beynəlxalq Analitik Mərkəziin rəhbəri

“Novostroyka” adlanan yeni binalarda yaşayan əksər vətəndaşlar ciddi problemlərlə üzləşirlər. 1) Lift işə salınmır, 2) qaz illərlə verilmir, 3) soyuq havalarda elektrik naqilləri sıradan çıxır, 4) müqavilələrdə verilən vədlər illərlə kağız üzərində qalır, 5) müqavilə şərtlərinin yerinə yetirilməməsinə görə tikinti şirkətlərinə gözün üstündə qaşın var deyən yoxdur, və 6) əksəriyyət binaların həyətində və binaların içində səliqə-sahman yoxdur. Əlbəttə, unutduğum məsələləri siz özünüz də əlavə edə bilərsiniz.

Bir çox tikinti şirkətləri vətəndaşlarla müqavilə imzalayan zaman 2-3 il ərzində binanı tam olaraq təhvil verəcəyi ilə bağlı öhdəlik götürürlər. Onlar öhdəliklərini yerinə yetirmirlərsə, nəyə görə məsuliyyətə cəlb edilmirlər?

Nəyə görə, vətəndaşların aldadılmasına göz yumulur?
Sakinlər deyir ki, şirkət sahibləri götürülən öhdəlikləri ona görə yerinə yetirə bilmirlər ki, 500,000 mindən (yarım milyon) başlayaraq bir neçə milyona qədər rüşvət verməli olublar. Təbii ki, sahibkar da arxasında kimlərinsə dayandığını bilərsə, o zaman öhdəliklərini yerinə yetirməkdən imtina edəcək.

Söhbət ciddi qanun pozuntularından, vətəndaşların haqlarının ayaqlar altında tapdanmasından və aidiyyatı orqanların özbaşınalığından gedir. Niyə də ölçü götürülməsin?
Yeni binalarda yaşayan on minlərlə vətəndaşın hüquqları pozulur. Onların hüquqlarını kim bərpa edəcək? Bununla bağlı vətəndaş cəmiyyəti təşkilatları, hüquq müdafiəçiləri və sakinlərin özləri ciddi kampaniyaya başlamalıdır.

Related Articles

Back to top button