Virtual məkanda daha çox fikir azadlığı və plüralizm

Posted by on 21 February, 2013
This post was filed in Açıqlamalar, Analizlər, Köşə and has no comments yet
0

30-dan çox beynəlxalq təşkilat ölkədə baş verən həbsləri və siyasi azadlıqların məhdudlaşdırılması ilə bağlı narahatlıqlarını bəyan etməklə bərabər, həm də Azərbaycan hakimiyyətinin internetin tənzimlənməsi bəyanatlarından narahatlıqlarını bildiriblər.

Doğurdan da, ölkəmizdə internetin də nəzarət altına alınması ehtimalı bizi ciddi narahat etməlidir. İnternet bütün dünyada azad məkandır. Bu məkanda azadlıqları məhdudlaşdırmaq demokratik inkişafa vurulan ən böüyk zərbə ola bilər. Bununla bərabər, Azərbaycan dövlət başçısının 2013-cü ili İKT ili elan etməsinin ruhu ilə həmahəng deyil.

imagesEyni zamanda, Prezidentin sərancamı ilə bu il fəaliyyətə başlayacaq İnformasiya və Kommunikasiya Texnologiyaları Universitetinin açılması ilə ziddiyyət təşkil edir.

Digət tərəfdən, internet üzərindən vətəndaşların fəaliyyətinə nəzarət edilməsi, onların azadlıqlarının məhdudlaşdırılması Azərbaycanda İKT-nin inkişafına böyük zərbə ola bilər. Əgər bu baş verərsə, bəyan edildiyi kimi İKT gəlirlərini neft gəlirlərinə çatdırmaq mümkün deyil. Bununla bərabər, heç bir xarici şirkət Azərbaycana İKT sahəsinə yatırım qoymaz. Azərbaycanın isə öz potensialı ilə milyardlar belə yatırsa, yenə də faydası olmaz. Bu sahədə xarici nou-hay vacibdir. RİTN-in tərkibində yaranan İKT Fondu da xarici sərmayə cəlb edə bilməyəcək və start-up layihələrin taleyi qaranlıq qalacaq.

İnternet üzərindən yayımlanan televiziyaların lisenziyalaşdırılması zərərlidir. Buna ehtiyac yoxdur. İnternet üzərindən edilən cinayətlər mövcud qanunvericiliklə tənzimlənə bilər. Yeni komissiyalara, idarələrə, mexanizmlərə ehtiyac yoxdur.

Bununla bərabər, internet üzərindən edilən cinayətlər, təhqirlər, aşağılamalar və təhdidlər var. Bu yolverilməzdir və hər bir vətəndaş özünü virtual məkanda da təhlükəsiz hiss etməlidir. Bununla razıyam. Vətəndaşların hüquqlarını müdafiə edən, onlara virtual məkanda daha çox fikir azadlığı və plüralizm tanıyan qanunvericilyin, mexanizmlərin və tənzimləmələrin tərəfdarıyam.

0
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Leave a Comment