AnalysisPublic speakingStatements

Prezidentlər 4 milayrd dollarlıq iddianı müzakirə edəcəklər

Razi Nurullayev
Razi Nurullayev

“Putin İrana rəsmi səfərə gedəcəksə bu 1943-cü ildən bəri Rusiya rəhbərliyinin İrana ilk səfəri olacaq”.

Bunu Avrasiya.net-ə  ”Reqion” Beynəlxalq Analitik Mərkəzinin rəhbəri, politoloq Razi Nurullayev Rusiya prezidenti V.Putinin İrana gözlənilən səfərini şərh edərkən bildirib.

O, deyib ki, Putinin İran səfəri dünya mətbuatının və siyasətçilərinin diqqət mərkəzindədir. Azərbaycan mətbuatı vəsiyasətçiləri də bu səfərlə bağlı məluamtları ciddi şəkildə izləyirlər.

Məsələ burasındadır ki, Rusiya Prezidenti İrana rəsmi səfər edəcəksə, bu böyük bir tarixi hadisəyə çevriləcək. Çünki, axırıncı dəfə Vladimir Putin Tehrana 2007-ci il oktyabrında Xəzəryanı dövlətlərin zirvə toplantısında iştirak üçün getmiş və səfər çərçivəsində İranın prezidenti Mamud Əhmədnejat ilə və Dini Ali Rəhbər Seyid Xomeneyi ilə görüşmüşdü. Buna qədər isə İrana 1943-cü ildə İosif Stalin “Tehran Konfransı”nda iştirak üçün getmişdi. Arada olan fasilə 63 il olub. Əslində 2007-ci ildə olan səfər də rəsmi deyil və ona görə də zaman məsafəsi bir qədər də artır. Putin İrana rəsmi səfərə gedəcəksə bu 1943-cü ildən bəri Rusiya rəhbərliyinin İrana ilk səfəri olacaq. Kifayət qədər də maraq bu üzdən yaranmışdır. Əgər Putin İrana səfər edəcəksə, onu İranın 3 avqustda and içəcək yeni seçilmiş prezidenti Həsən Ruhani ilə çox ağır danışıqlar gözləyir.

Hal-hazırda demək olar ki, İran-Rusiya münasibətləri ölü nəqtədədir. Bu Rusiyanın öncəki prezidenti Dmitriy Medvedevin İrana S-300 raket kompleksinin satılmasının dayandırılması ilə bağlı 2010-cu ildə verdiyi fərmanla bağlıdır. Müzakirə olunası məsələlər arasında Buşer atom elektrik stansiyasında yeni enerji bloklarının tikilməsi, Rusiyanın öhdləliklərini yerinə yetirməməsi ucbatından İran tərəfindən 4 milayrd dollarlıq iddia da müzakirə mövzusu olacaq. 4 milyard dollarlıq iddia Dmitriy Medvedevin məlum fərmanından sonra İran tərəfindən Rusiyaya qarşı qaldırılıb. Rusiya ümid edir ki, S-300 raketlərinin yerinə “Antey-2500” raketlərinin göndərilməsinə iran tərəfi razılaşacaq. Çünki, bu raket sistemi S-300-dən heç də geri qalmır və bir sıra elementləri isə hətta onu üstələyir. Digər tərəfdən, bu raketlər ABŞ tərəfindən embarqoya daxil edilməyib.

Təbii ki, hər iki lider Suriya və Fələstin məsələsini də müzakirə edəcəklər və birgə fəaliyyətlə bağlı hətta müəyyən razılaşmalar da əldə edilə bilər. Qeyd etməliyəm ki, Rusiya prezidentinin İrana səfəri hələ təsdiqlənməyib. Ola bilsin ki, səfər daha gec müddətə təxirə salınsın. Əgər Putin İrana səfər etməsə, o zaman Həsən Ruhani ilə sentyabrın 12-də Bişkekdə görüçəcək. Hər iki dövlət Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdür və 12 sentyabrda bu quruma daxil olan ölkələrin prezidentlərinin Qırğızıstan paytaxtında zirvə görüşü keçiriləcək.

Qısa URL: http://avrasiya.net/?p=24241

Tarix: 02/08/2013 15:31

Related Articles

Back to top button