Interviews

Müxalifətin seçkiqabağı aksiyalarla cüzi dəyişikliklər edə biləcəyi mübahisə mövzusuna çevrildi

Razi Nurullayev: “Şəraiti tam dəyişmək mümkün olmasa da, dünya ictimaiyyəti və daxildəki aktiv qüvvələrin diqqətinin cəlbinə nail olunacaq”

AXCP sədrinin müavini Razi Nurullayev də aksiyalarla mövcud durumu cüzi də olsa dəyişəcəklərinə, ən azından, beynəlxalq ictimaiyyət arasında və daxildə müəyyən əks-səda doğuracaqlarına inanır: “Hətta mitinq keçirmək barədə qərarın qəbul edilməsi belə cəmiyyətdəki müəyyən süstlüyü aradan qaldırdı. Artıq görüntülər belə düşünməyə əsas verir. İkincisi, şəraiti tam dəyişmək mümkün olmasa da, vəziyyətə dünya ictimaiyyəti və daxili cəmiyyətin kifayət qədər aktiv qüvvələrinin diqqətinin cəlb olunmasına nail olunacaq. Üçüncü bir tərəfdən demək istərdim ki, belə aksiyalar vəziyyəti dəyişmək üçün kifayət qədər rol oynaya bilər. Çünki mitinq və aksiyalar parlament seçkilərinin demokratik keçirilməsi və vətəndaşların burada aktiv iştirak etməsi üçün atılan addımlar silsiləsinə daxildir. Parlament seçkilərində müxtəlif partiyalar, ziyalılar, fərdlər iştirak edir. Buna görə də namizədlərin sayının çox ola biləcəyi gözlənir. Bu qədər insanın da xeyli sayda qohum-əqrabası, dost-tanışı var. Onlar da istəyir ki, parlament seçkiləri öncəsi siyasi vəziyyət dəyişsin, ab-hava daha demokratik olsun, hökumət siyasi hüquq və azadlıqların, sərbəst toplaşmaq hüququnun əldə olunmasına imkan yaratsın. Bütün bunlara görə də hesab edirəm ki, aksiyalara gözləmədiyimiz insanlar da qoşulacaq. Hətta icazəsiz aksiyalara da gediləcək. AXCP hansı vaxt mitinq keçirməyi qərara alıbsa, icazəli oldu-olmadı, onu hökmən keçirəcək. Aksiyaların qarşısı hər hansı güclə alınsa, hesab edirəm ki, bu, Azərbaycan hökumətinin beynəlxalq ictimaiyyət qarşısında nüfuzunu bir daha aşağı salacaq. Ona görə də seçki öncəsi məcbur olub aksiyaların keçirilməsinə şərait yaradacaqlar”.

http://www.baki-xeber.com/new/2010/04/05/get=42452

Related Articles

Back to top button