ArticlesCorner articlesStatements

Ərdoğan üçün dünya ilə “savaşmaq” çətin olacaq

turkey-hagiasophia 15 dekabr 2014

Türkiyədə baş verən son həbslər, yeni çevriliş planları bəhanəsi altında həyata keçirilən əməliyyatlar Ərdoğan hakimiyyətini dünya ilə üz-üzə qoyur və Türkiyəyə qarşı təzyiqlər çox güclənəcək. Türkiyənin Avropa Birliyinə gedən yolu bağlanır. O biri tərəfdən baş nazir Əhməd Davudoğlu deyir ki, Avropa Birliyində üzvlük strateji məqsədimizdir.

Türkiyə isə, həqiqətən demokratik anlamda geriyə addımlar atır. Sayın Ərdoğan, faktdır ki, Türkiyəni dünyanın 17-ci iqtisadiyyatına çevirə bilib, onu lider dövlətə çevirib. Buna görə sağ ol düşür. Lakin, demokratiya və mətbuat, söz azadlığı da elə iqtisadiyyat qədər vacibdir.

Bundan sonra, sayın Ərdoğan üçün dünya ilə “savaşmaq” çətin olacaq. Pusquda gözləyən və Türkiyəyə badalağ atıb yıxmaq istəyən Ərəb dövlətləri və İsrail var.

Azərbaycan üçün də Türkiyənin bu yöndə inkişafı ürəkaçan deyil. Çünki, Azərbaycan üçün əsas Türkiyə modeli götürülürdü. Bu model isə həm siyasi məqsəd və dinə baxış acısından daha model ola bilməz. Təəssüflər.

Related Articles

Back to top button