Sanksiyalar Putini yıxacaqmı?

Posted by on 25 December, 2014
This post was filed in Açıqlamalar, Köşə, Yazılar and has no comments yet

0
Razi Nurullayev, "Region" Beynəlxalq Analitik Mərkəzin (RBAM) təsisçisi və eksperti

Razi Nurullayev, “Region” Beynəlxalq Analitik Mərkəzin (RBAM) təsisçisi və eksperti

22 dekabr 2014.

Təbii ki, sadəlövhcəsinə sanksiyaların Rusiya prezidenti Putini hakimiyyətdən endirəcəyini oturub gözləmək olmaz. Əslində, Putinin devrilməsi bizim arzumuz deyil. Bu, zorən bizim arzumuza və hədəfimizə çevrilib.

Çünki, məhz Putin və onun idarə etdiyi Rusiya Azərbaycanın Avropaya inteqrasiyasında başlıca əngələ çevrilib. Məhz, Rusiyanın müdaxiləsi və xeyir-duası ilə Azərbaycan hakimiyyəti Avropa Birliyi ilə Şərq Tərəfdaşlığı çərçivəsində Assosiasiya Sazişini imzalamaqdan imtina edir.

Əslində, digər tərəfdən, Putinin təzyiqləri Azərbaycanın siyasi hakimiyyətini də qane edir. Əks halda, Azərbaycan Avropa Birliyi ilə sazişi imzalamaq üçün hansı faktorları əsas gətirə biləcəkdiki…

Elə buna görə də Azərbaycanın demokratik və Avropaya inteqrasiyanın tərəfdarları kimi bu bizi ciddi narahat etməkdədir. Oturub Putinin hakimiyyətdən getməsini gözləyə bilmərik. Putinin qanuni yolla hakimiyyətdə qalması 2024-cü ilə kimi mümkündür. İnana bilmirəm ki, sanksiyalar Putini hakimiyyətdən getməyə və Xodorkovskini isə oliqarxların ən təmiz siması kimi hakimiyyətə gətirə bilər.

Kubaya sanksiyalardan 53 il keçib və bu müddət ərzində 10 Amerika prezidenti dəyişib. Kubada inqilab qardaşları hələ də hakimiyyətdədir və artıq Barak Obama Kubaya tətbiq edilən bir sıra sanksiyaları qaldırıb və qaldırmaqda davam edəcəyi görünür. 1979-cu ildən bəri İrana tətbiq edilən sanksiyalar rejimin dəyişdirilməsinə yox, amma onun zəiflədilməsinə nail olub və nüvə silahına malik olmasını əngəlləyib. Rejim dəyişikliyi baş verməyib.

Dünya İqtisadiyyatı institutu, Birinci Dünya Müharibəsindən 2006-cı ilə qədər ABŞ-ın tətbiq etdiyi sanksiyalar içindən 174 sanksiyanı araşdırıb və məlum olub ki, yalnız 34% hallarda sanksiya siyasi məqsədə çatmaqda yardımçı olub.

Amma, təbii ki, sanksiyalar çox vacib bir faktordur. Bu arzuolunmaz hakimiyyətləri daim təzyiq altında saxlamağa kömək edir və onların daha da güclənərək təhlükəyə çevrilməsinin qarşısını alır.

Nə etmək lazımdır?

İndiki halda, Azərbaycanın siyasi hakimiyyətini Avropaya inteqrasiya yolundan dönməyə qoymamaq. Belə görünür ki, Avropa Birliyinin mart ayına Riqada planlaşdırılan zirvə toplantısında Azərbaycanın ciddi addımlat atmaq niyyəti yoxdur. Amma, həm daxili, həm də xarici təzyiqlər güclənməlidir ki, Azərbaycanın siyasi hakimiyyəti bu zirvə toplantısında üzərinə müəyyən öhdəliklər götürsün.

Sonrakı mərhələdə isə, Rusiyanın daxili problemlərinin artması, ölkə daxilində narazılıqların artması və Putinin başının hakimiyyətini saxlamağa qarışmasının fonunda Azərbaycanı Avropa Birliyi ilə Assosiasiya Sazişini imzalamağa vadar etmək olar.

 

0
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Leave a Comment