Putin xalqının qəzəbini məhəbbətə çevirmək üçün növbəti qurban seçə bilər

Posted by on 26 December, 2014
This post was filed in Açıqlamalar, Köşə, Yazılar and has no comments yet

0
putin_2846194b23 dekabr 2014

Rusların demək olar ki, əksəriyyəti Putini sevir. O ruslar üçün qəhrəmandır. Putin də bu sevgidən güc alır. Bu gün internet üzərindən 6 nəfərlə danışdım. 2-si öz millətimiz idi. Onlar da Putini dəstəkləyir və deyirlər ki, Ukrayna tarixi rus torpaqlarıdır.

Ruslar istəyir ki, Putin daha çox torpaqları zəbt etsin. Daha çox ölkələri əsarəti altına alsın. Təbii ki, Putinin də könlündən bu keçir. Amma, dünya güclərinin sanksiyası onu zəiflətməkdə davam edir. Ruslar da gələn ildən sosial cəhətdən daha çox həssas olacaqlar. Kasıblayacaqlar və Putindən üz döndərə bilərlər.

İndi gəldim yazacağım əsas mahiyyətə. Bax Qərb də buna ümid edir. Ümid edirlər ki, xalq sosial vəziyyətinin ağırlaşdığını görüb üsyan edib Vladimir Vladimiroviçi devirəcəklər.

Elə narahatlığım da budur. Putin xalqının psixologiyasını yaxşı bilir. Xalqın qəzəbini məhəbbətə çevirmək üçün növbəti qurban kim ola bilər? Kim işğal olunacaq? Bu sual və həlli üzərində Qərb ciddi düşünməlidir.

0
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Leave a Comment