ArticlesCorner articlesStatements

Putinin yaratdığı Avrasiya Ittifaqı vəd olunan perspektivi gətirməyəcək

putin_2846194b24 dekabr 2014.

Bu yaxınlarda Kiyevdə səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin Ukraynaya hər cür dəstək verməyə hazır olduğunu bəyan edib. Onun ardınca Qazaxıstan prezidenti N.Nazarbayev Ukraynaya səfər edib

Bu məsələni Azadlıq qəzetinə şərh etdim.

Razi Nurullayev: “Lukaşenko və Nazarbayev Avrasiya Ittifaqının perspektiv vəd etmədiyini anlayırlar, ona görə də Qərblə körpüləri yandırmaq istəmirlər”

Siyasi ekspert Razi Nurullayev hesab edir ki, hər iki prezident Qərblə körpüləri yandırmamaq üçün belə siyasi gedişlərə üstünlük verirlər: “Əgər Rusiyanın Ukrayna ilə yaxınlaşmaq istəyi olsaydı, bu səfərləri vasitəçilik kimi qiymətləndirmək olardı. Indiki halda isə Rusiya Qərbə və Ukraynaya qarşı aqressivdi. Təbii ki, bu səfərlər Putini qane edə bilməz. 
Ancaq reallıq budur ki, Qazaxıstan və Belarus prezidentləri dərk edir ki, Putinin yaratdığı Avrasiya Ittifaqı vəd olunan perspektivi gətirməyəcək. Avrasiya Ittifaqının iqtisadi gücü nə Avropa Birliyinin, nə də ABŞ-ın iqtisadi gücü ilə müqayisə oluna bilməz.

Ona görə də Qazaxıstan və Belarus prezidentləri milli maraqlardan çıxış edirlər və demokratik dünya ilə körpüləri yandırmaq istəmirlər. Digər tərəfədən, bugün Ukraynaya hücum edən Rusiya, sabah heç bir vicdan əzabı çəkmədən Belarusa və Qazaxıstana da hücum edə bilər”.

Related Articles

Back to top button