Corner articlesPublic speakingStatements

Yasda yemək vermək nəinki günahdır, həm də haramdır

IMG_1551781404180Bu çağırışa kimlər qoşulur….

Azərbaycanda, xüsusən də Bakı və Sumqayıt şəhərlərində qəbir yerləri baha qiymətə satılır. Son zamanlarda “ölmək yaşamaqdan bahadır” sözlərini çox eşitmişəm. Qəbir yerləri 1000 AZN-dən 5,000 AZN arasında satılır. Bu rəqəm mənim bildiyimdir, əgər fərqli rəqəmlər varsa, bilənlər yazsın.

Bu hökumətin günahı. Necə ola bilər ki, hökumət ölən vətəndaşını basdırmaq üçün bir ovuc torpağı da satır? Heç, doğrusu bilmirəm ki, bu qanunla büdcəyə gedir, yoxsa kimlərinsə cibinə. Əgər kimlərinsə cibinə edirsə, bu əməlli-başlı hökumətin səbatsızlığı və saymazlığı, yox özəl insanlar tərəfindən satılırsa, hökumətin buna göz yummağı cinayət və korrupsiyaya şərik olmasıdır. Başqa ad qoymaq olmaz.

Səudiyyə Ərəbistanı kralı Abdullanın ölümü, şəxsi hesabında 20 milyard dollar qoyub getməsi və sonra isə adsız bir məzarda basdırılması sosial şəbəkə istifadəçiləri arasında şok effekti yaradıb. Azərbaycanda ona ən bahalı qranit və mərmər daşından başdaşı qoyardılar, ətrafında hasar çəkər, gül-çiçək əkər və üzərində isə bir künbəz ucaldardılar.

Bu isə insanlarımızın və din xadimlərimizin günahı.

Qətiyyətlə deyirəm:

1) Yasda soyuq və isti yemək verilməsi günahdır və qadağan olunmalıdır. Yeganə icazə verilən təamlar uzaqdan gələnlər və xəstələr üçün çay, limon, xurma və halva ola bilər. Hətta, heç bunun da verilməsi caiz deyil.

2) Yasa gələnlər dəfndə iştirak etməli və başsağlığını da orada verməlidirlər. Biznesə çevrilmiş cənazə çadırlarının qurulması və yeyib-içmək verilməsi nəinki günahdır, həm də haramdır.

3)  Məzarların üzərində qurulan cah-cəlal günahdır. Sadə bir daş və üzərində sahibinin adı və digər məlumatlar. Türkiyə modeli keçərlidir.

4) Məzar xərclərini birmənalı olaraq dövlət qarşılamalıdır. Bununla bağlı dövlətin müəyyən etdiyi və büdcəyə gedən bir rəqəm müəyyən edilə bilər. Qəbir yeri isə pulsuz olmalıdır.

Related Articles

Back to top button