AnalysisCorner articlesStatements

Ərəb sərmayəsi və Azərbaycan

Arab-capitalsAzərbaycanın ərəb dünyası ilə yaxından və dərindən münasibət qurmasına müsbət yanaşıram. Zənnimcə, ölkəmiz mübasibətləri strateji səviyyəyə çatdırmağı çoxdan etməli idi. Çünki, Ərəb dünyasından böyük sərmayələr imkanı mövcuddur. 
Xüsusən də Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Kuveyt ilə daha dərin münasibətlərin yaranmasına ehtyac var.

Son aylar dünya bazarında neftin qiymətinin aşağı düşməsi, ölkəmizdə investisiyaların azalması və digər proseslər fonunda daha çox pulu olan ərəb ölkələri ilə əməkdaşlıq, ərəb investisiyanın ölkəmizə cəlb edilməsi olduqca lazımdır. Odur ki, Azərbaycanın Ərəb dünyası ilə yaxınlaşmasını çox müsbət qiymətləndirmək lazımdır.

Həm Səudiyyə Ərəbistanında, həm Qətərdə, həm də digər ərəb ölkələrində kifayət qədər sərbəst vəsait var və ərəblərin də investisiya qoymaq imkanları genişdir. Azərbaycan isə müsəlman ölkəsidir və ərəb dövlətləri ilə gözəl münasibətləri var. Bunun fonunda ərəb investisiyasının Azərbaycana gətirilməsi vacibdir.

Düşünürəm ki, Azərbaycan dövlət başçısının ərəb ölkələrinə olan səfəri, aparılan danışıqlar da, məhz ərəb investisiyalarının ölkəmizə cəlb edilməsi, bu dövlətlərlə daha yaxşı iqtisadi-siyasi və ticari əlaqələrin qurulmasına hesablanmışdı. Ümudvar olduğumu bildirmək istəyirəm ki, Ərəb sərmayəsinin ölkəmizə gətirilməsi vətəndaşlarımızın sosial vəziyəytinin yaxşılaşmasına yarıdm edəcək. Çünki, ölkədə başlanan bir çox sosial layihələrin dayanma təhlükəsi var.

Digər vacib bir məqam isə, ölkədə sərmayələrə əlverişli şəraitin yaradılmasıdır. Azərbaycanda sahibkarlığın inkişafı və xarici sərmayələrin gətirilməsi üçün tam əlverişli şəraitin olduğunu düşünmürəm. Bu sahədə ciddi və məhvedici inhisarlar var, həm də korrupsiya elementləri ciddidir. İqtisadiyyat liberallaşmadan və inhisarlar aradan götürülmədən ciddi sərmayələrin gəlməsi də hələ ki, ehtimallara söykənir.

Related Articles

Back to top button