Turizm və sərmayələrin cəlbi üçün Azərbaycan vizanı ləğv etməlidir

Posted by on 2 July, 2015
This post was filed in Analizlər, Köşə and has no comments yet
0

EC_Azerbaijan_28Azərbaycana turistlərin və xarici vətəndaşların gəlməsi üçün ciddi viza problemi yaradılması anlaşılan deyil. Hökumət bir yandan turizmin inkişafı üçün sərmayələr qoyur, milyonlarla turistlərin gəlməsini arzulayır, digər yandan isə viza alma prosesini sadələşdirmir. Sadələşdirmək də çıxış yolu deyil. Turizm ölkəsi olmaq üçün vizaların ləğvi vacibdir. Azərbaycan nə İtaliya, nə Fransa, nə Böyük Britaniya, nə də İspaniya deyil. Turistlərin cəlbi üçün əlavə şirnikləndirici tədbirlər lazımdır.

Qardaş Türkiyə ilə viza rejiminin ləğv edilməməsi on minlərlə Türk vətəndaşının da Azərbaycana gəlməsini əngəlləyir. Bu rejimin ləğv olunmama səbəbi də hələ aydın deyil. Türkiyə isə bunu birtərəfli qaydada Azərbaycan vətəndaşları üçün ləğv edib. 
Turistlərin Azərbaycanda istirahət etməsi üçün və şərait uyğun deyil. Birincisi, hotellərdə qiymətlər çox bahadır. Elə buna görə də daxili turizm də əziyyət çəkir. Çünki, ölkə vətəndaşları istirahət üçün Şimali Qafqazı, Gürcüstanı və Türkiyəni seçir. Həmin ölkələrdə on günlük istirahət təyyarə bileti və gündə üç dəfə yeməklə bərabər elə Azərbaycanda eyni şəraitdə dincəlmək üçün ən azı 3 dəfə çox vəsait tələb edir.

Qazaxıstanın turizm çalışmalarını izləyirəm və buna heyran oluram. Qazaxıstan 10 investor-ölkə üçün vizasız rejimin müddətini iyulun 15-dən etibarən uzadır. Bu ölkələr ABŞ, Niderland, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya və Yaponiyadır. Üstəlik bu siyahıya daha 10 ölkəni əlavə edir. Bura İsveçrə, İspaniya, Belçika, Macarıstan, Monako, Sinqapur, Avstraliya, Norveç, İsveç və Finlandiya daxildir.

Bu addım turizmin inkişafı və real sərmayədarların da ölkəyə cəlbi deməkdir. Azərbaycan nədən çəkinir?

Məsələ, yenə də gəlib dirənir rəngli inqilablara. əgər vizasız rejim olarsa, xaricilər gəlib burada inqilab edəcəklər. Mən, ümumiyyətlə daha rəngli inqilablara inanmıram. Çünki, artıq hökumətlər onun çarəsini tapıb və əks-tədbirlər həyata keçiriblər.

Xalqın sosial güzəranının yaxşılaşması və sərmayəçilərin ölkəyə cəlbi üçün Azərbaycan hökuməti də seçilmiş ölkələrlə viza rejimini ləğv etməlidir.

 

0
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Leave a Comment