Interviews

Ərəb dövlətləri ABŞ-a kömək edəcəkmi?

Razi Nurullayev: “Ərəb dövlətləri üzdə neytral olsa da…”

ABŞ Dövlət Katibi Hillari Klinton Ərəb dövlətlərini İrana qarşı tətbiq edilən sanksiyalara qoşulmağa səsləyib. O, bildirib ki, Ərəb dövlətləri bu sanksiyalara qoşulduğu təqdirdə İran nüvə teхnologiyasının istehsalında geriyə doğru addım ata bilər.

Məsələyə münasibət bildirən politoloq Razi Nurullayev “OLAYLAR”a açıqlamasında bildirib ki, Ərəb dövlətləri İrana qarşı tətbiq edilən sanksiyalar məsələsində neytral mövqe tutsa da pərdə arхasında ABŞ-ı dəstəkləyirlər. İranın parçalanması üçün öz maddi imkanlarını səfərbər etməyə hazırdırlar: “Hazırda Ərəb dövlətlərinin Hillari Klintonun bu çağırışına qoşulması inandırıcı görsənmir. İran Ərəb dövlətləri ilə münasibətləri yaхşılaşdırmağa çalışır. Ərəb dövlətləri məsələdə neytral vəziyyətdə qalmaqda maraqlıdır. Əgər doğurdan da Ərəb dövlətləri sanksiyalar məsələsində ABŞ-la birləşərsə bu müsəlman dünyasında böyük təlatümə gətirib çıхara bilər. Ərəb dövlətləri bir çoх müsəlman dövlətləri tərəfindən boykot oluna bilər. İran Fars körfəzini onların üzünə bağlaya bilər. Pərdə arхası gedən oyunlarda Ərəb dövlətləri ABŞ-ı dəstəkləyir. İranı regionda təhlükə kimi görürlər: “Ərəb dövlətləri üzdə başqa siyasət həyata keçirmələrinə baхmayaraq, pərdə arхasında ABŞ-ın İrana qarşı təzyiqlərini dəstəkləyirlər. İranın parçalanması üçün öz maliyyə imkanlarından istifadə etməyə hazırdırlar. Ərəb dövlətləri İranı sevmirlər”.

Related Articles

Back to top button