Google+ – Yeni Facebook

Posted by on 29 June, 2011
This post was filed in Sosial Media and has no comments yet

0

Google+

Google şirkəti yeni sosial şəbəkə yaradır. Artıq istifadə edənlər də var. Google+. Amma, mənə belə gəlir ki, Facebookda formalaşanlar yenidən başqa yerə köç etməyəcəklər. Google şirkətinin bundan əvvəl yaratdığı Google Wave və Google Buzz sosial şəbəkələri də iflasa uğrayıb. Hər halda yoxlamağa dəyər. https://plus.google.com

 

Şəbəkənin əsas 5 komponenti var: Çevrə (Circles), Qığılcım (Sparks), Toplanış (Hangouts), Ani Yükləmə (Instant Uploads) and Məşvərət (Huddle). Sosial şəbəkəyə qoşulmaq üçün Google hesabına malik olmaq zərurətdir və ya şərtdir.

Çevrə dostları qruplar üzrə yerləşdirməyə xidmət edir. Facebookda olduğu kimi, bu xüsusiyyət qrupla informasiyanı bölüşməyə yardımçı olur.

Qığılcım RSS və yaxud Facebookun xəbərlər bölümü funksiyasına oxşardır.

Toplanış qrupla video ilə söhbət etməyə hesablanıb.

Ani Yükləmə mobil telefondan şəkil çəkərək anında alboma yükləməyə imkan verir.

Məşvərət mobil telefon üzərindən qrup halında video söhbət etmək imkanı yaradır.

Şəbəkənin necə işlədiyini bu videodan izləyə bilərsiniz.

 

0
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Leave a Comment