InterviewsRazi Nurullayev

Vizanın ləğvi avtoritarizmin ləğvi deməkdir

06.09.2011 | 10:34

AXCP sədrinin müavini, politoloq Razi Nurullayev Polşanın “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində birliyə daxil olan ölkələrdə viza rejiminin ləğv olunması təklifi ilə çıxış etməsinə münasibət bildirib. O, “Qafqazinfo”ya təqdim etdiyi açıqlamasında bildirib ki, Avropa İttifaqının xarici işlər nazirlərinin Polşanın Sopot şəhərində keçirilmiş iclasında Polşa “Şərq tərəfdaşlığı” ölkələri üçün tam iqtisadi inteqrasiya təşəbbüsü və proqrama daxil olunmuş altı ölkəyə viza rejiminin tamamilə ləğv olunması təklifini irəli sürüb:

“Azərbaycan da bu altı dövlətin sırasındadır. Maraqlıdır ki, “Şərq tərəfdaşlığı” proqramı da Polşa və İsveç xarici işlər nazirlərinin təklifi ilə reallaşıb. Polşa tarixən çox əziyyətlər və məhrumiyyətlərə mərzu qalmış bir dövlətdir. İkinci dünya müharibəsi də Polşa üzərindən başlayıb. “Solidarnost” fəhlə hərəkatı da Sosialist rejiminə qarşı ən mükəmməl işləyən və ağır məhrumiyyətlər yaşayan bir birlik olub. Məhz, buna görə də Polşa hələ də avtoritarizm şəraitində yaşayan xalqları çox gözəl başa düşür”.Politoloq sonra qeyd edib ki “vizanın sadələşdirilməsi məsələsinin tez bir zamanda həll olunması gözlənilir. Avropa İttifaqı sərhədlərini bu altı dövlətə açmaqla, onlarda demokratik dəyişiklik meyllərini sürətləndirmək və təbii seçim yolu ilə tam demokratikləşməyə nail olmaq istəyir. Ola bilsin ki, viza məsələsi Avropa İttifaqının sentyabrın 30-da Varşavada keçiriləcək “Şərq tərəfdaşlığı” sammitində müzakirə olunaraq qismən müsbət həllini tapacaq”.

Razi Nurullayev maraqlı bir məsələyə də toxunub: “Əslində Avropa İttifaqı bu gün də hazırdır ki, vizanı sadələşdirsin və ya təmamilə aradan qaldırsın. Amma, Gürcüstandan başqa heç hansı bir dövlət buna hazır deyil. Çünki, ölkələr düşünürlər ki, Avropa İttifaqı ilə razılaşmaq həm də hakimiyyəti bölüşmək, demokratik seçkilər keçirmək və iqtisadiyyatın liberallaşdırılması deməkdir. Hakimiyyətlər içərisində, əsasən, iqtisadiyyatın liberallaşdırılmasına qarşı çıxanlar çoxdur. İqtisadiyyatın liberallaşdırılması, demokratiyanın bərqərar olmasına ilkin işarədir. Azərbaycanda liberallaşmaya qarşı çıxan ciddi qüvvələr var, o cümlədən də vizanın sadələşdirilməsini istəməyənlər də çoxdur. Avropa İttifaqı ilə yaxından dostluq və qardaşlıq, avtoritarizmi yox etmək gücündədir” .

Related Articles

Back to top button