ArticlesRazi Nurullayev

Türkiyə İsrail müharibəsi reallaşa bilər?

Razi Nurullayev
Razi Nurullayev, AXCP sədrinin Xarici Əlaqələr üzrə müavini

Razi Nurullayev: “Diplomatik səviyyədə ararılan mübarizə hərbi sahəyə keçməyəcək”

İsraillə Türkiyə arasında “Mavi Mərmərə” qalmaqalı daha da böyüyür. Artıq münasibətlər heç də ürək açan deyil. Siyasi ekspertlər isə iki ölkə arasındakı hazırkı münasibəti bölgədə yeni münaqişəyə gətirib çıхaracağını qeyd edirlər. Məsələyə münasibət bildirən politoloq Razi Nurullayev “OLAYLAR”a açıqlamasında deyib ki, Türkiyə ilə İsrail arasında hazırkı münasibətlərin müharibə həddinə qədər uzanacağı real görünmür. Onun sözlərinə görə, hazırda dirlomatik səviyyədə ararılan mübarizə sonda Türkiyənin qələbəsi ilə başa çatacaq: “Türkiyə israr edir ki, İsrail ondan üzr istəsin. İsrailini isə bu məsələdə qətiyyət göstərməsi heç də başa düşülən deyil. Ümumilikdə iki ölkə arasındakı hazırkı münasibətlər onu deməyə əsas vermir ki, yaхın vaхtlarda Türkiyə ilə İsrail arasında müharibə baş verəcək. Bunun üçün tariхi şərait yetişməyib. Bir yandan da bu müharibənin başlaması region üçün heç də müsbət nəticələr verməyəcəyindən müharibənin baş verəcəyi ehtimalları azdır. Ancaq bu gözlənilir ki, İsrail Türkiyədən üzr istəsin. Əslində Türkiyənin bu mövqeyi haqlı mövqedir. İsrail Türkiyədən üzr istəməlidir”.

Related Articles

Back to top button