ArticlesInterviews

Tarixi siyasi partiyalar deyil, müstəqil fikirli tarixçilər yazmalıdır

 AXCP sədrinin müavini Razi Nurullayevin Bakı-Xeber qəzetinə müasir tarixin yazılması ilə bağlı bu məsələdə razılığa gəlməyin olduqca çətin və müşkül olduğunu vurğuladı: “Müxalifət partiyaları ayrı-ayrılıqda müstəqillikdən üzü bəri tarixini yazmağa qalxarsa, sonradan yazılan tarixi faktları yan-yana qoyub analiz etsək, müxtəlif siyasi partiyaların yazdıqlarında kifayət qədər böyük fərqlərin olduğunu görərik. Buna görə düşünürəm ki, hər hansı bir siyasi partiya özünün tarixini təkbaşına yaza bilsə də, onun böyük ictimaiyyət tərəfindən qəbul olunması mütləq olmaz.

Qədim tariximizə nəzər salsaq görərik ki, hadisələr bir çox hallarda birtərəfli qaydada çatdırılıb və həqiqəti əks etdirmir. Müəyyən şahlar, varlı insanlar pulla tarixçi tutub ki, belədə, əlbəttə ki, salnamələrdə onun tərəfini saxlayan və tarixi faktları özündə ehtiva etməyən müəyyən məqamlara da yer veriblər. Bu baxımdan dünya tarixində də müəyyən anlaşılmazlıqlar var. Belə anlaşılmazlıq bizdə də olacaq. Ona görə də hesab edirəm ki, tarixi siyasi partiyalar yazmalı deyil. Tarixi müstəqil fikirli tarixçilər yazmalı və tarixi gerçəkliyi əks etdirən faktlara yer verməlidir. Burada hər hansı siyasi partiya liderilə dost olmasından asılı olmayaraq, müstəqil tarixçilər tarixi olduğu kimi yazmalıdır. Belə bir şey olmazsa tarix saxtalaşdırılacaq.

Bu gün Azərbaycan tarixi saxtalaşdırılır. Zaman keçdikdən sonra isə istənilən halda gerçək tarixi gizlətmək mümkün olmayacaq. Bunun da səbəbi qəzetlərin, xarici medianın, teleradio, videonun olması ilə bağlıdır. O üzdən sözügedən tarixi də müstəqil ekspertlərin yazması daha məqbuldur. Bizim partiyamız tarix yazmağa qalxarsa, hesab etmirəm ki, burada ya mən, ya da başqası durub təşəbbüs göstərsin”.

Related Articles

Check Also
Close
Back to top button