InterviewsPublic speakingRazi Nurullayev

«QHT-lərə bina tikilsin»

14/01/2010

Razi Nurullayev: «Onlar təşkilatlara münasib qiymətə icarəyə verilsin»

Bu gün Reportyorlarin Azadlığı və Təhlükəsizliyi İnstitutunun konfrans zalinda Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasinin təşkilatcılığı ilə “QHT-lərin qeydiyyat problemi və qanunvericiliyin yaratdığı boşluqlar”mövzusunda toplanti keçirildi. Tədbirdə Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının rəhbəri Razi Nurullayev çıxış edərək bildirdi ki, toplantıda vətəndaş cəmiyyəti institutlari uzərində nəzarətin gücləndirilməsinə xidmət edən son addimlar, QHT-lərin qeydiyyat problemi, qanunvericilikdəki boşluqlar, donor QHT munasibətləri muzakirə ediləcək. Hüquqşünas İntiqam Əliyev isə “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” qanunla bağlı danışdı. O bildirdi ki, həmin əlavələrdən birinə görə, qeydə alınmayan qrantların verilməsi və ya alınması haqqında müqavilələr (qərarlar) üzrə əməliyyatlar aparıla bilməz. Bu isə QHT-lərin fəaliyyətini məhdudlaşdırır.
QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndəsi Sahib Məmmədov isə bildirdi ki, təmsil olunduğu Şura məhz QHT-lərin bu tipli problemlərini həll etmək üçün yaradılıb. «Yəni belə bir şuranın fəaliyyət göstərməsi QHT-lərin mənafeyinə uyğundur» deyən S.Məmmədov problemlə üzləşənləri şuraya müraciət etməyə çağırdı. Tədbirin sonunda R.Nurullayev bildirdi ki, VCDK qeydiyyatdan keçməyən QHT-lərin əlaqələndirmə şəbəkəsini yaratmaq, qeydiyyat və hesabatlılıq prosesinin sadələşdirilməsi üçün birgə mübarizəni koordinasiya etmək niyyətindədir. R.Nurullayev bildirdi ki, QHT-lərin şəxsi mənzillərdə yerləşməsi də Ədliyyə Nazirliyində onların qeydiyyatdan keçməməsinə səbəb kimi göstərilir: «Biz təklif edirik ki, dünya təcrübəsində olduğu kimi, dövlət hesabına ictimai binalar tikilsin və onlar QHT-lərə münasib qiymətə icarəyə verilsin».

Qızılgül

http://ucnoqta.az/siyaset/8101.html

Related Articles

Back to top button