Razi Nurullayev Türkiyə diplomatları ilə görüşüb

Posted by on 19 February, 2012
This post was filed in Görüşlər and has no comments yet
0

20.12.20011. AXCP sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayev, Türkiyə səfirliyində diplomatlar Rıza Kağan Yılmaz və Ahmet Doğanla görüşüb. Görüşdə Razi Nurullayev Türk diplomatlarını AXCP, İctimai Palata və ölkədəki ictimai-siyasi  durum haqqında məlumatlandırıb. O, qardaş dövlət olan Türkiyənın siyasi və ictimai qurumlarla daha yaxından əməkdaşlığının vacibliyini də vurğulamışdır. AXCP rəsmisi Türk vətəndaşlarının Azərbaycana hələ də viza ilə gəldiklərindən partiya rəhbərliyi adından narahatlıqlarını bildirmiş və qeyd etmişdir ki, partiyanın rəsmi mövqeyi Türk vətəndaşları üçün viza rejiminin təmamən aradan qaldırılması tələbidir. O, həmçinin partiya rəhbərliyinin Türkiyənin dövlət siyasətini yaxından izlədiyini və onun regionda aktiv rolundan məmnun olduğunu söyləmişdir. Partiya rəsmisi onu da vurğulamışdir ki, AXCP Türkiyə ilə Azərbaycan arasında iqtisadi və siyasi potensialın tam istifadə olunmamasından narahatdır. Razi Nurullayev Azərbaycan xalqının və demokratik qüvvələrinin Türkiyədən böyük gözləntilərinin olduğunu da diplomatların diqqətinə çatdırmışdır. Diplomatlar Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğunu və Azərbaycanın siyasi partiyalar və ictimai qurumları ilə hər zaman fikir mübadiləsinə hazır olduqlarını bildiriblər. Görüşdə hər iki tərəfi maraqlandıran bir çox digər məsələlər də müzakirə edilmişdir.

0
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Leave a Comment