Meetings

Razi Nurullayev Avropa Komissiyasında görüş keçirib

27.01.2012. Bu gün AXCP sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayev Avropa Komissiyasının rəsmisi ilə görüşüb. Görüşdə prezidentin əfv fərmanı ilə azadlığa çıxan, AXCP Gənclər Komitəsinin fəalı Cabbar Savalanın təhsil məsələsi müzakirə edilib. Cabbar Savalanın ya Azərbaycanda, ya da xaricdə təhsilini davam etdirməsi üçün mümkün variantlar ətrafında fikir mübadiləsi aparılıb. Avropa Komissiyasının rəsmisi də Cabbar Savalanın təhsilini davam etdirməsinin vacibliyini qeyd edib.

AXCP rəsmisi daha sonra müxalifətin icazəli aksiyalar keçirmə mümkünlüyünün hazırda müzakirə edildiyini bildirib. Lakin, bu məsələdə iqtidar qarşılıqlı addım atmalı və aksiyaların keçirilməsi üçün adekvat yerlər təklif etməlidir. Adekvat olmayan yerlərə getmək isə təhlükəsizliyin təmin edilməsi ilə bağlı çətinlik yaradır. Avropa Komissiyasının rəsmisi bu məsələnin gündəlikdə olduğunu və ATƏT-in də bu sahədə səyləri olduğunu deyib.

Razi Nurullayev Avropa Komissiyasının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində yaradılan Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycandakı fəaliyyətinə də toxunub və müzakirələr aparıb. O qeyd edib ki, Vətəndaş Cəmiyyəti Forumuna hər il keçirilən seçim prosesində qeyri-şəffaflıq əlamətləri sezilməkdədir və bu məsələnin ciddi müzakirəyə ehtiyacı var. Hər il aparılan seçimlər nəticəsində vətəndaş cəmiyyəti sektorunda fəal insanlar, sanki bilərəkdən kənarda saxlanılır. Avropa Komissiyasının rəsmisi bu məsələ ilə ciddi maraqlanacağına söz verib. Razi Nurullayev isə bu məsələnin çox önəmli olduğunu və bununla bağlı şəxsi araşdırmalarını da aparacağını deyib.

Related Articles

Back to top button