Apreldə İrana qarşı Israil hərbi kampaniyası başlaya bilər

Posted by on 30 January, 2010
This post was filed in Müsahibələr and has 3 comments
0

29 January, 2010

Razi Nurullayev: «ABŞ Avropadakı müttəfiqləri vasitəsilə Iranın aqressivliyini aşağı salmaq niyyətindədir»

Razi Nurullayev

Almaniyada səfərdə olan Israil prezidenti Şimon Peresin Almaniya federal kansleri Angela Merkellə görüşündə əsas müzakirə mövzuları Iran və Yaxın Şərq olub. Ekspertlərin fikrincə, bu görüşdə Merkelin verdiyi bir sıra bəyanatlar Irana qarşı gələcəkdə atılan addımların nədən ibarət ola biləcəyi barədə fikir formalaşdırmağa imkan verə bilər. Merkel beynəlxalq ictimaiyyətin Irana çox təmkinli davranaraq Tehrana davamlı güzəştə getdiyini, lakin nəticə almadığını vurğulayıb.
Onun sözlərinə görə, bu üzdən Irana “vaxtınız qurtarır” deməyin zamanıdır. Merkel hesab edir ki, artıq Irana qarşı iqtisadi təsir metodlarını gündəmə gətirmək lazımdır. Fransanın BMT TŞ-də sədrliyi vaxtında bu mövzu gündəmə gətiriləcəyini vurğulayan Merkel bildirib ki, fevral bu proses baxımından həyəcanlı bir ay olacaq.
AXCP sədrinin müavini Razi Nurullayev hesab edir ki, Almaniya və Fransanın Irana qarşı sərt addımların atılmasına tərəfdar çıxması təsadüfi deyil. Irana qarşı Avropa ölkələrinin iqtisadi sanksiyalar tətbiq etməklə yanaşı prosesə Israili də qoşacaqlarını istisna etməyən R.Nurullayev bildirdi ki, AB-nin Israili Irana qarşı silah kimi istifadə etməsi Təl-Əvivin də maraqlarına uyğun olacaq: “Iran ona qarşı ciddi kampaniyanın hazırlandığı barədə artıq məlumatlıdır. Merkelin dediklərindən belə anlamaq olar ki, fevral ayından Irana qarşı başladılacaq iqtisadi kampaniya daha sonra yerini hərbi addımlara da verə bilər. Məsələn, bu yaxınlarda Iranın hərbi gəmiləri öz sahillərindən 2000 km uzaqlaşaraq neytral sulara daxil olub. Bu sularda isə Israilin sualtı qayıqları üzür. Artıq hər iki tərəf kəşfiyyat addımları atır”. Bu baxımdan R.Nurullayev hesab edir ki, aprel-may aylarında Irana qarşı Israilin hərbi kampaniyaya başlaması istisna edilməməlidir. Çünki ekspertlərin hesablamalarına görə, Iran 2012-ci ildə nüvə silahını tam formada əldə edə bilər. R.Nurullayevin sözlərinə görə, ona görə ABŞ Avropadakı müttəfiqləri vasitəsilə bu müddətə qədər Iranın aqressivliyini aşağı salmaq niyyətindədir.
Xəyal

http://azadliq.az/?p=46080

0
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

3 Comments on “Apreldə İrana qarşı Israil hərbi kampaniyası başlaya bilər”

  • Ilqar Abdullah
    30 January, 2010, 13:37

    Men deyerdim ki, Avropa,elaxsus da Fransa ve Almaniya kimi dovletler Irana hech bir iqtisadi tezyiqler etmek fikrinde deyiller.Chunki,onlarin Iranla oz iqtisadi maraqlari ust-uste dushur.Iran onlar uchun serfeli neft ve qaz olkesidir.Bu onlarin iqrisadi maraqlaridir.Siyasi maraqlar da var.Onlar chox gozel basha dushurler ki, Irana iqtisadi ve sonra da herbi tezyiqler etseler,onsuz da siyasi telatumlerden bashi achilmayan Iran bir dovlet olaraq parchalana biler ve bunun neticesinde,regionda ikinci guclu turk dovleti yarana biler.Bele veziyyet de Avropaya,hech ABS-da serf etmir.Duzdur ,Avropa Iranda molla rejiminin deyishmesini ve hemchinin olkenin parchalanmamasini isterdi,lakin hakimiyyet deyishikliyi ederken,bunun Iran adli olkenin dagilmasi ile neticelenmesinden qorxub risqe getmek istemirler.Yeni ki,qash duzeltdikleri yerde,vurub gozunu de chixartmaq istemezler.Odur ki, onlar Iranin shiltaqliqlarina chox dozmeli olacaqlar.

  • razinurullayev
    30 January, 2010, 21:19

    Fikilərinizdə məntiq var. Məsələ burasındadır ki, İran bu il ilk nüvə silahını istehsal etmək gücünə malik olacaq. 2014-cü ilə kimi isə müasir nüvə silahı istehsal edə bilər. İran artıq uranı 20% zənginləşdirə bilib. Nüvə silahına malik İran dünya düzənini dəyişə bilər. Bax bu dünya düzəninin dəyişməsini istəməən qüvvələr siz deyən məsələlərə göz yumacaqlar, nəinki İranın şıltaqlıqlarına.
    İsrailin də İranın necə nüvə silahına malik olmasını oturub gözləməsi özünün sonunu oturub gözləməyə bərabərdir. Ona görə də İsrail İranın nüvə obyektlərinə hava zərbələri endirəcək. Bu hava zərbələri İranın İsraili vura biləcək poliqonlarını vurmaqla bərabər başlayacaq.

  • Ilqar Abdullah
    1 February, 2010, 11:01

    Men de raziyam,ABS ve ya Israil Iranin ancaq nuve obyektlerini vuracaq.Onlar Iranda hec bir siyasi deyishiklikler etmeyecekler,yeni ki,ilanin zeherli dishlerini cixaracaqlar,ozunu oldurmeyecekler.Almaniya ve Fransa kimi dovletler ise qiraqdan durub tamasha edecekler.

Leave a Comment