Interviews

Apreldə İrana qarşı Israil hərbi kampaniyası başlaya bilər

29 January, 2010

Razi Nurullayev: «ABŞ Avropadakı müttəfiqləri vasitəsilə Iranın aqressivliyini aşağı salmaq niyyətindədir»

Razi Nurullayev

Almaniyada səfərdə olan Israil prezidenti Şimon Peresin Almaniya federal kansleri Angela Merkellə görüşündə əsas müzakirə mövzuları Iran və Yaxın Şərq olub. Ekspertlərin fikrincə, bu görüşdə Merkelin verdiyi bir sıra bəyanatlar Irana qarşı gələcəkdə atılan addımların nədən ibarət ola biləcəyi barədə fikir formalaşdırmağa imkan verə bilər. Merkel beynəlxalq ictimaiyyətin Irana çox təmkinli davranaraq Tehrana davamlı güzəştə getdiyini, lakin nəticə almadığını vurğulayıb.
Onun sözlərinə görə, bu üzdən Irana “vaxtınız qurtarır” deməyin zamanıdır. Merkel hesab edir ki, artıq Irana qarşı iqtisadi təsir metodlarını gündəmə gətirmək lazımdır. Fransanın BMT TŞ-də sədrliyi vaxtında bu mövzu gündəmə gətiriləcəyini vurğulayan Merkel bildirib ki, fevral bu proses baxımından həyəcanlı bir ay olacaq.
AXCP sədrinin müavini Razi Nurullayev hesab edir ki, Almaniya və Fransanın Irana qarşı sərt addımların atılmasına tərəfdar çıxması təsadüfi deyil. Irana qarşı Avropa ölkələrinin iqtisadi sanksiyalar tətbiq etməklə yanaşı prosesə Israili də qoşacaqlarını istisna etməyən R.Nurullayev bildirdi ki, AB-nin Israili Irana qarşı silah kimi istifadə etməsi Təl-Əvivin də maraqlarına uyğun olacaq: “Iran ona qarşı ciddi kampaniyanın hazırlandığı barədə artıq məlumatlıdır. Merkelin dediklərindən belə anlamaq olar ki, fevral ayından Irana qarşı başladılacaq iqtisadi kampaniya daha sonra yerini hərbi addımlara da verə bilər. Məsələn, bu yaxınlarda Iranın hərbi gəmiləri öz sahillərindən 2000 km uzaqlaşaraq neytral sulara daxil olub. Bu sularda isə Israilin sualtı qayıqları üzür. Artıq hər iki tərəf kəşfiyyat addımları atır”. Bu baxımdan R.Nurullayev hesab edir ki, aprel-may aylarında Irana qarşı Israilin hərbi kampaniyaya başlaması istisna edilməməlidir. Çünki ekspertlərin hesablamalarına görə, Iran 2012-ci ildə nüvə silahını tam formada əldə edə bilər. R.Nurullayevin sözlərinə görə, ona görə ABŞ Avropadakı müttəfiqləri vasitəsilə bu müddətə qədər Iranın aqressivliyini aşağı salmaq niyyətindədir.
Xəyal

http://azadliq.az/?p=46080

Related Articles

Back to top button