Interviews

Gürcüstanın Azərbaycandakı səfiri niyə getdi?

28/01/2010

Razi Nurullayev

Politoloq Razi Nurullayev: «Vano Noniaşvili Rusiya-Gürcüstan müharibəsi dövründə Saakaşvilinin sözçüsü olub»

Ötən ilin sonunda Gürcüstanın Azərbaycandakı səfiri postuna təyin edilmiş və hələ vəzifəsinin icrasına başlamamış Vano Noniaşvili istefa verib. Diplomat vəzifəsindən getmək barədə ərizə yazıb. Gürcüstan Xarici İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri İi Maxaraşvili “Trend” agentliyinə deyib ki, prezident Mixail Saakaşvili səfirin istefasını qəbul edib. V.Noniaşvilini səfir postuna parlament yekdil səslə noyabrın 17-də təsdiqləmişdi. Əvvəllər o, Gürcüstanın Prezident Administrasiyasının mətbuat xidmətinə rəhbərlik edib. Verilən məlumata görə, Vano Noniaşvilinin öz xahişi ilə vəzifəsindən azad edilib.
Diplomatiyada belə hallara az-az rast gəlindliyini nəzərə çatdıran politoloq Razi Nurullayev Gürcüstanın Azərbaycandakı səfirinin bu addımının Rusiya faktoru ilə bağlı ola biləcəyini istisna etmir. «Vano Noniaşvili 2006-cı ildən Gürcüstan prezidentinin mətbuat xidmətinin rəhbəri işləyib. Bu isə o deməkdir ki, Gürcüstan – Rusiya müharibəsi dövründə Saakaşvilinin sözçüsü olub. Son dövrlər Azərbaycan-Rusiya münasibətlərinin istiləşdiyi göz qabağındadır. Belə bir dönəmdə Rusiya ilə problemləri olan bir diplomatın Azərbaycanda fəaliyyət göstərməsi onun özü üçün də psixoloji problem yarada bilərdi».

Qızılgül

http://ucnoqta.az/siyaset/8902.html

Related Articles

Back to top button