Articles

EŞŞƏK SEVGİSİ və ya Eşşək haqqında bilmədiklərimiz

Şamaxının icra başçısı eşşəyə heykəl qoyandan sonra, növbəti addımı Gəncə icra başçısı atdı. Açığı deyim ki, eşşəyə heykəl qoymağı bir əyləncə kimi dəyərləndirir və bir az da düşüncələrdə inqilab etmə təzahürü kimi qiymətləndirirəm.

Eşşəyi niyə təhqir kimi dəyərləndiririk? Eşşəyi eşşək kimi işlədəndə və xeyirini görəndə niyə o cür düşünmürük?
Eşşək pis olsaydı, onu Amerikalılar Demokrat Partiyasına simvol seçməzdilər. Demokratlar eşşək loqosu ilə onlarla prezident seçiblər.
Beynəlxalq siyasət və politologiya ilə məşğul olduğumdan çox şeyə beynəlxalq siyasət prizmasından yanaşmalı oluram.
Ona görə də:

Görək eşşək başqa dünyalarda necədir?

Corc Vaşinqton (George Washington) eşşəklərə hamilik edib və Amerikada doğulan ilk eşşəyə sahib olub.
Çində 11 milyon eşşək var. Sonrakı yerləri Pakistan, Efiopiya və Meksika tutur.
Avropada 1944-cü ildə 3 milyon eşşək olubsa, 1994-cü ildə sayı 1 milyona düşüb.
İtaliyada 2010-cu ildə 1000 eşşək kəsilib və 100 ton ət verib.
Eşşək südünün 1 litri 2009-cu ildə İtaliyada 15 evro-ya bərabər olub
Rusiyada 2012-ci ilin prezident seçkilərində Vladimir Jirinovski Rusiyanı eşşəyə bənzətmişdi.
Əhti-ətiq (biblianın xristianlıqdan əvvəlki qədim hissəsi) Müqəddəs Kitabında eşşək haqqında hekayət var. Eşşək shibi Bilam adlı şəxsi uzun qılınclı mələyin qəzəbindən qurtarır
Müqəddəs İsa peyğəmbər Müqəddəss Torpaqlara ilk dəfə eşşək belində gəlir

Eşşək haqqında maraqlı faktlar:

Eşşəklər 25 ildən 35 ilə qədər yaşaya bilir
Eşşəklərin vətəni Afrika səhralarıdır
Eşşəklər 4000 il bundan öncə əhilləşdirilib
Eşşəklər il ərzində təyyarə qəzasında ölən insanların sayından çox adam öldürür
Eşşəklər çox güclü və ağıllıdırlar
Eşşəklər 25 il öncə olduqları yerləri və gördükləri eşşəkləri həmin an tanıyırlar
2006-cı ildə dünyada 41 milyon eşşək olub. 2007-ci ildə isə qeyd edilib ki, eşşəklərin sayı artan xətt üzrə gedir
Dişi Eşşəyin südü tərkibinə görə insan südünə daha yaxındır.

Eşşəklərə, ümid edirəm ki, bu yazını oxuyandan sonra daha diqqətlə yanaşacaqsınız!

Related Articles

Back to top button