Danışıqlarda yenə Azərbaycana təzyiqlər var

Posted by on 4 February, 2010
This post was filed in Müsahibələr, Razi Nurullayev and has no comments yet
0

4 February, 2010

Razi NurullayevNovruz Məmmədovun həmsədrlərə ünvanlanan sərt açıqlaması bu cür qiymətləndirilir

Razi Nurullayev: «Görünür, danışıqlarda müəyyən nəticələrin əldə olunması üçün Rusiya Azərbaycana təzyiqlər edir»
Azərbaycan və Ermənistan prezidentlərinin son Soçi görüşündə tərəflərin iki həftə ərzində konkret təkliflərlə çıxış edəcəyi bildirilmişdi. Hazırda həmin müddətin tamam olduğu zamanda Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov maraqlı açıqlama verib.
ATƏT-in Minsk qrupunun həmsədrlərini sərt tənqid edən N.Məmmədov bildirib ki, həmsədrlərin 20 illik fəaliyyəti bir nəticə verməyib. Onlar artıq özləri də anlayırlar ki, proseslər bu cür davam edə bilməz. Görəsən N.Məmmədovun bu açıqlaması danışıqlar prosesində Azərbaycana təzyiq göstərildiyi anlamına gələ bilərmi? Çünki Soçi görüşündən sonra tərəflərə verilən iki həftəlik vaxt bitmək üzrədir.
AXCP sədrinin müavini Razi Nurullayevin fikrincə, N.Məmmədovun bu tip açıqlaması münaqişənin həlliylə bağlı Azərbaycana təzyiqlər edildiyi anlamına gələ bilər. Qarabağ probleminin çözülməsiylə bağlı Türkiyənin də iştirak etdiyi məsləhətləşmələrin uzun müddətdir keçirildiyini deyən R.Nurullayev bildirdi ki, bu məsləhətləşmələrin yekunu kimi nəticə hələ də yoxdur: “Bu üzdən görünür, danışıqlarda müəyyən nəticələrin əldə olunması üçün Rusiya Azərbaycana təzyiqlər edir. Eyni zamanda Türkiyə də protokolların imzalanması və sərhədlərin açılması üçün Ermənistan qarşısında konkret şərtlər irəli sürür. Görünür hazırda danışıqlar prosesində qəliz durumun yaranması üzündən bu cür bəyanatlar meydana çıxır”.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin Qarabağ probleminin yalnız özlərinin dar maraqları çərçivəsində həllini istədiklərini deyən R.Nurullayev bildirdi ki, bu istiqamətdə Rusiyanın mövqeyi xüsusilə vurğulanmalıdır. Çünki Rusiya münaqişədən həm Ermənistana, həm də Azərbaycana təzyiq vasitəsi kimi istifadə edir. Ona görə də, R.Nurullayevin fikrincə, problemin hazırkı kimi donmuş vəziyyətdə qalması daha çox Rusiyanın maraqlarına uyğundur. Və ya problem çözülərsə, tam formada Azərbaycanın maraqları sülh müqaviləsində təmin edilməməlidir: “Rusiya çox gözəl anlayır ki, Qarabağ probleminin Azərbaycanın maraqlarına uyğun çözülməsi rəsmi Bakını Kremldən uzaqlaşdıracaq. Azərbaycanın daha müstəqil siyasət yürütməməsi üçün Rusiya bizi özündən asılı vəziyyətdə saxlamaq istəyir”.
Xəyal

http://azadliq.az/?p=46793

0
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Leave a Comment