Posts Tagged ‘Putin’

Ukrayna fedaritivləşsə Şimal təhlükəsi daha da artacaq

Posted by on 27 April, 2014
This post was filed in Açıqlamalar, Analizlər, Köşə and has no comments yet

Krımın Rusiyaya birləşdirilməsindən sonra, bir sıra ekspertlər növbəti qurbanların Moldova və Azərbaycan olacağını güman edirlər. Çünki, hər iki Respublikada separatçı rejimlər var. Hətta, Rusiyanın Azərbaycan qarşısında şərt qoyacağı da vurğulanır. Şərt isə ondan ibarət ola bilər ki, Azərbaycan ya Gömrük İttifaqını, ya da Qarabağı seçsin. Əslində, bu mülahizələr əsassız da deyil. Rusiyanın Azərbaycan qarşısında belə […]

Read the rest of this entry >>

Putin ikinci Qorbaçov da olmağa hazırdır

Posted by on 20 April, 2012
This post was filed in Müsahibələr and has no comments yet

19.04.2012 | 12:33 “Region” Beynəlxalq Analitik Mərkəzin İdarə Heyətinin sədri, AXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Razi Nurullayevin müsahibəsi: – NATO-nun Çikaqo sammitindən gözləntiləriniz necədir? – Bu suala əvvəlcə tezislər şəklində, ardınca isə daha ətraflı cavab vermək istərdim. NATO-nun daha çevik bir qüvvəyə çevrilməsi üçün qərarlar qəbul ediləcək. NATO daha çevik olacaq. NATO-nin mobil hərbi […]

Read the rest of this entry >>

Rusiya dəyişəcək

Posted by on 12 December, 2011
This post was filed in Razi Nurullayev, Yazılar and has no comments yet

Rusiyada keçirilən Duma seçkiləri bu ölkənin həyatında yeni bir dönəm yaradıb. Hazırda Rusiyada baş verən proseslər gələcək siyasi dəyişikliklərin müjdəçisidir. Rusiya xalqına ayılmaq və siyasi prosesləri dərindən analiz etmək üçün bir gün də bəs etdi. Seçkidən bir gün sonra, 200 nəfəri bir yerə toplaya bilməyən müxalifət 10 min adamı küçələrə çıxara bildi. Hal-hazırda, Rusiyada proseslər […]

Read the rest of this entry >>

Rusiyanın “idarə olunan” Demokratiyası

Posted by on 5 December, 2011
This post was filed in Razi Nurullayev, Yazılar and has no comments yet

Dünən dekabrın 4-də Dövlət Dumasına keçirilən seçkilər 2007-ci illə müqayisədə heç nəyi dəyişmədi. Rusiyanın Putin-Medvedev tandemi “idarə olunan demokratiya” məsələsində daha da irəliyə gedərək, beynəlxalq aləmin gözlədiyi demokratik Rusiya ab-havasını yaratmağa çalışdı. Amma, çalışdı, yerinə yetirmədi! İstənilən halda, Putinin nüfuzuna kifayət qədər zərbə dəydi. O artıq, əvvəlki qədər ötkəm danışmaqda və dünyaya demokratiya dərsi keçməkdə […]

Read the rest of this entry >>

PUTİNİN AVRASİYA İTTİFAQI VƏ AZƏRBAYCAN

Posted by on 5 October, 2011
This post was filed in Müsahibələr and has no comments yet

Politoloq hesab edir ki, Azərbaycan Türkiyənini yanında yer almalıdır Rusiyanın baş naziri Vladimir Putin 2012-ci ildə yeni president seçiləndən sonra xarici siyasətdə atacağı addımlar haqqında “İzvestiya” qəzetində yazdığı məqaləsində postsovet dövlətlərini “Avrasiya Ittifaqı” adı altında birləşdirmək istədiyini deyib. AXCP sədrinin müavini Razi Nurullayev məsələni “Yeni Müsavat” qəzetinə şərh edərkən deyib ki, Putin “Avrasiya Ittifaqı” yaratmaq […]

Read the rest of this entry >>