English

Erdoğan ABŞ-a neye göre gedir?

17 October, 2009

Razi Nurullayev: “Bu sefer zamani esas toxunulacaq mövzu mehz Türkiye ile Ermenistanin imzaladiği protokollarin geleceyi olacaq”

DSC01355

ABŞ prezidenti Barak Obamanin Türkiyenin baş naziri Receb Tayyib Erdoğani Vaşinqtona devet etmesi bir sira suallar doğurur. Seferin meqsedi ve müzakire olunacaq meseleler barede melumat verilmese de, bezi ekspertlerin fikrince, sefer zamani esas müzakire predmeti mehz Türkiye-Ermenistan münasibetleri olacaq. Bu zaman ise Türkiyenin ABŞ terefinden tezyiqlerle üzleşeceyi istisna edilmir.

AXCP sedrinin müavini Razi Nurullayevin fikrince, Erdoğanin seferi zamani esas toxunulacaq mövzu mehz Türikiye ile Ermenistanin imzaladiği protokollar olcaq: “İki ölke arasinda imzalanan protokollar ABŞ-in teşebbüsüyle reallaşdiğindan Vaşinqton heç şübhesiz hazirda baş verenlerin tefeüratlarini öyrenmek isteyir. Bundan savayi Türkiyenin protokollarin parlamentde ratifikasiya olunmayacağiyla bağli beyanatlari diqqetden kenarda qala bilmez. ABŞ bu beyanatlari ümumiyyetle protokollara tehlüke sayaraq Türkiyenin tutduğu mövqeden geri çekilmesini de isteye biler. Hazirda regionda yeni situasiyanin yaranmasi bir sira sahelerde aydinliqlarin getirilmesini vacib edir. Görünür Erdoğanin ABŞ seferi ele mehz bu meqsedi daşiyacaq”.

Türkiyenin ABŞ qarşisinda tezyiqlere duruş getirib-getirmeyeceyine gelince ise R.Nurullayev hesab edir ki, resmi Ankara istediyi teqdirde bütün tezyiqlere sine gere biler, amma bunun üçün gerek masada olan problemler birbaşa Türkiyeni narahat etsin: “ABŞ prezidenti sefer müddetinde Türkiye baş nazirine müeyyen vedler vere biler ki, o, özünün sert mövqeyinden müeyyen qeder geri çekilsin. Amma bu vedlerin neden ibaret olacaği ve Türkiyenin baş nazirinin hemin vedlere nece reaksiya vereceyi melum deyil. Diger terefden Türkiye isteyeceyi teqdirde ABŞ kimi fövqeldövlet qarşisinda öz sözünü deye biler. Bunu bir neçe il evel Türkiyenin İraq kampaniyasi zamani Amerikaya gösterdiyi tepki de sübut edir. Nezere almaq lazimdir ki, o zaman Türkiyenin regiondaki nüfuzu hele indiki qeder Amerikani düşündürmürdü. İndi ise Türkiye daha nüfuzlu ve güclüdür. Amma bir meqamin da olmasi lazimdir ki, resmi Ankara tezyiqlere sine gersin. Gerek müzakireye çixarilan meseleler birbaşa Türkiyeni narahat etsin ve düşündürsün. Eks teqdirde Türkiyenin geri çekilmesini heç ne dayandira bilmez”.

Xeyal

http://azadliq.az/?p=33100

Back to top button