English

ABŞ-in 2010-cu il proqrami neye hesablanib?

5 December, 2009, 11:29

Razi Nurullayev: “Obama administrasiyasi Azerbaycandaki seçkilerle bağli daha sert mövqe nümayiş etdirecek”

Arif Hacili: “Gelen il deyişikliyin olmasi üçün beynelxalq güclerin indiden emeli işe keçmesi vacibdir”

Azerbaycanda seferde olan ABŞ Dövlet Departamentinin Regional Konfliktler ve Qafqaz Ofisinin direktoru İsen Qoldriç parlamentde temsil olunan iqtidar ve müxalifet partiyalarinin nümayendeleri ile görüşüb. “Yeni Müsavat” qezetinin dünenki sayinda derc olunan melumata göre, tanişliq xarakteri daşiyan görüşde ölkemizde demokratiyanin veziyyeti, 2010-cu ilde keçirilecek parlament seçkileri, Qarabağ münaqişesinin helli, söz ve metbuat azadliği ve diger meselelerle bağli fikir mübadilesi aparilib. Bu barede qezete melumat veren Müsavat deputat qrupunun üzvü, millet vekili Nesib Nesibli bildirib ki, görüşde Qarabağ münaqişesi ile bağli Azerbaycan terefinin istekleri, Azerbaycanda demokratiya ve insan haqlari ile bağli situasiya, elece de diger meseleler müzakire olunub. N.Nesibli vurğulayib ki, Dövlet Departamentinin nümayendesi Azerbaycanda keçirilecek 2010-cu ilin parlament seçkileri ile bağli ABŞ-in yeni bir proqrama başlamaq istediyini millet vekillerinin diqqetine çatdirib. Bu planin özünde neleri ehtiva ede bileceyile bağli suali müxalifet temsilçilerine ünvanladiq.
AXCP sedrinin müavini Razi Nurullayev hesab edir ki, ABŞ-in Azerbaycanda seçkilerle bağli reallaşdirmaq istediyi plan daha çox texniki meseleleri ehate etse de, seçkini özünün demokratik keçirilmesi de gündemde olacaq: “Düşünürem ki, ABŞ gelen il seçki keçirilmesinin texniki cehetleriyle bağli Azerbaycan terefi ile six emekdaşliği nezerde tutur. Burada da meqsed seçkinin daha şeffaf keçirilmesi üçün şeraitin yaradilmasidir. Eyni zamanda QHT-le bağli işe de böyük önem verilecek ki, burada da meqsed vetendaş cemiyyeti ile aktiv işin qurulmasidir”. Amma Buşdan ferqli olaraq Obama admnistrasiyasinin Azerbaycandaki seçkilerle bağli daha sert mövqe nümayiş etdireceyini düşünen R.Nurullayev bildirdi ki, ABŞ Azerbaycanla bağli hansi siyaset yürüdeceyini hazirda müeyyenleşdirme merhelesindedir. AXCP yetkilisinin sözlerine göre, ABŞ-in ölkemize hele de sefir teyin etmemesi mehz bu meqamla bağlidir.
Müsavat Partiyasinin İcra Aparatinin rehberi Arif Hacili ise hesab edir ki, Dövlet Departamentinin temsilçisi ölkedeki real müxalifet qüvvelerinin liderleriyle de analoci görüş keçirmeli idi. A.Hacilinin sözlerine göre, bele bir görüşün keçirilmesi ABŞ-in gelecek addimlarini daha semereli etmekle yanaşi, demokratik qüvvelerde de ABŞ-in növbeti addimlari barede aydin tesevvür yaratmiş olardi: “ABŞ-in Azerbaycandaki sefirliyi ölkedeki real siyasi veziyyeti çox gözel bilir. Ve sefirlik terefinden müxalifet partiyalari ile görüşün teşkil olunmasi, düşünürem ki, daha semereli netice vere bilerdi. ABŞ-in yeni admnistrasiyasinin xarici siyasetinde esas prioritetlerden biri demokratik deyerlerin bütün dünyada yayilmasidir. Bu baximdan 2010-cu ide ABŞ-in ölkemizde keçirilecek parlament seçkilerinin demokratik keçirilmesi üçün cehdler edeceyi istisna deyil”.
2010-cu ilde demokratiyanin inkişafi istiqametinde bir deyişikliyin olmasi üçün indiden emeli işe keçirilmesinin vacib olduğunu deyen A.Hacili bildirdi ki, seçki komissiyalarinin bir siyasi qüvvenin nezaretinden çixarilmasi, Seçki Mecellesindeki mürtece müdealarin deyişdirilmesi, siyasi fealiyyet üçün normal şeraitin yaradilmasi, söz ve metbuat azadliğinin temini bu baximdan önemlidir. “Eger ATET, Avropa Şurasi, Avropa Birliyi ve ABŞ Azerbaycanda gelen illeri normal seçkilerin keçirilmesini isteyirlerse, indiden emeli işe keçerek, hakimiyyete konkret sahelerde islahatlarin aparilmasi üçün tezyiqler etmelidirler”, deye A.Hacili vurğuladi.

Xeyal

http://azadliq.az/?p=40424

Back to top button