Interviews

Qazaxıstanın ATƏT-ə sədrliyi nə ilə yadda qalacaq?

16 January, 2010, 12:06

Razi NurullayevRazi Nurullayev: «Qazaxıstan qeyri-demokratik imicini düzəltmək üçün bir çox məsələlərdə aktivlik göstərəcək və çalışacaq ki, müsbət nəticələrlə yadda qalsın»

Bu ilin yanvarından ATƏT sədrliyi Qazaxıstana keçib. Demokratiya sahəsində xeyli problemləri olan bu ölkənin ATƏT-ə sədrliyi demokratiya istiqamətində nə vəd edir?
AXCP sədrinin müavini Razi Nurullayevin sözlərinə görə, demokratik dövlətlərin edə bilməyəcəyini Qazaxıstan edəcək. Buna səbəb isə Qazaxıstanın demokratik imicinin o qədər yaxşı olmaması və bu imici düzəltmək üçün səy göstərməsidir: “Qazaxıstanın qeyri-demokratik imici var. Bu imici düzəltmək üçün bir çox məsələlərdə aktivlik göstərəcək və çalışacaq ki, müsbət nəticələrlə yadda qalsın. Çünki, Qazaxıstan MDB məkanında ilk dövlətdir ki, belə bir nüfuzlu quruma sədrlik edəcək. Çalışacaq ki, həm Dağlıq Qarabağ, həm də regiondakı başqa məsələlərlə bağlı müsbət nailiyyətlərlə yadda qalsın. Bu baxımdan bunu müsbət qiymətləndirirəm”.
Fizzə

http://azadliq.az/?p=44835

Related Articles

Back to top button