InterviewsPublic speakingRazi Nurullayev

Razi Nurullayev: «Görüşün nəticəsiz bitəcəyi məlum idi»

25/01/2010

Bu gün Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedyev və Serj Sarqsyanın Rusiyanın Soçi şəhərində üçtərəfli görüşü keçirilib. “Krasnaya polyana” qəbul evində keçirilən görüşdə prezidentlər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə ediblər.

Qeyd edək ki, danışıqlarda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Rusiya prezidentinin köməkçisi Sergey Prixodko, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və Ermənistan Prezident Administrasiyası rəhbərinin müavini Viqen Sarkisyan da iştirak ediblər. Görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyanatla çıxış edərək danışıqların yekunu ilə bağlı məlumat verib.

Onun sözlərinə görə, görüşün əsas nailiyyəti o olub ki, tərəflər Qarabağ münaqişəsinin həllində onlar üçün qəbuledilməz olan bəndlərə yenidən baxmağa və redaktə etməyə razılıq veriblər.  Lavrov bildirib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin baza prinspləri adlandırılan Madrid prinsiplərinin preambulası işlənib. Sənəddə Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri əksini tapıb.

Serqey Lavrovun açıqlamsına baxmyaraq, bu görüşdə də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi addım atılmayıb və heç bir sənəd imzalanmadı. Politoloq Razi Nurullayev bu dəfəki görüşün nəticəsiz olacağının əvvəlcədən proqnozlaşdırıldığını bildirir: «Çünki vasitəçi Rusiyadır və bu, münaqişənin həllinə inamı azaldır. Ermənistan üçün hazırda Dağlıq Qarabağ münaqişəsinin sürətli həlli məqbul deyil. Ermənistanın ərazisi işğal olunmayıb, onun münaqişəylə bağlı çəkdiyi əziyyət yalnız sərhədlərinin bağlanmasıdır. Və Ermənistanda baş verən siyasi proseslər də onu diqtə edir ki, prezident bu məsələləlrin həllində tələskənlik göstərməsin. Bu baxımdan münaqişənin həllinin uzanmasında müəyyən mənada bu motivlər rol oynayır. Çünki Ermənistana təzyiqlər yoxdur, bu ölkə mümkün qədər çox vaxt udmağa çalışır, bununla bərabər Türkiyəyə də digər ölkələr vasitəsilə sərhədlərin açılmasıyla bağlı təzyiqləri artırır». Şərhçi üçtərəfli görüşün tərəflərindən daha birinin, Rusiyanın da münaqişənin həllində maraqlı olmadığını bildirir: «O ki qaldı Rusiyanın buradakı roluna, Azərbaycanın xarici siyasət kursundakı balanslaşdırılmış siyasət Rusiyanı uzunmüddətli prespektivdə təmin etmir. Onun üçün də Rusiya hazırda Dağlıq Qarabağın status-kvosunun saxlanılmasında maraqlıdır.

Bu həm də ondan irəli gəlir ki, Azərbaycan Rusiyanın təşəbbüsüylə yaradılmış həm iqtisadi, həm də təhlükəsizlik bloklarında təmsil olunmur. Və bu Ermənistan üçün üstünlük yaradır ki, bir çox məsələlərdə Rusiyanı öz mənafeyinə yaxınlaşdırsın. O situasiyadan öz xeyrinə istifadə etmək istəyir. 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında müqavilə imzalanan zaman bu Avropa, ABŞ və ATƏT-in xəttiylə razılaşdırılmışdı. Amma bu razılaşdırılandan sonra Rusiya bu atəşkəsi ya pozacağını, ya da ki, müqavilənin Moskvada, Rusiyanın vasitəçiliyi ilə imzalanması iddiasını irəli sürdü. Bu müqavilənin razılaşdırılması naminə hamı razılaşdı ki, qoy Rusiya necə istəyir, elə olsun, təki atəşkəs əldə olunsun. İndi isə Türkiyənin əlində olan təşəbbüsü onun əlindən dərhal almaq üçün belə bir görüş təşkil olundu. Çünki Türkiyənin Qafqazda liderlik etməsi Rusiyanı heç cür qane edə bilməz».

Qızılgül

http://ucnoqta.az/gundem/8649.html

Related Articles

Back to top button