InterviewsRazi Nurullayev

Lukaşenko Putini niyə vurdu?

2010-07-01

Razi Nurullayev: «Medvedev Belarusu Rusiyadan tamamilə uzaqlaşdırmamaq üçün siyasi bəyanatlar verir»

«Ancaq Putin hesab edir ki, hər bir halda əldə çubuq, güc olmalıdır»

Rusiya ilə Belarus arasında yaşanan borc qalmaqalı arxada qalsa da, hələ də bu ətrafda müzakirələr bitmir. Qərb mətbuatına açıqlama verən Belarus prezidenti Lukaşenko maraqlı məqamlara toxunub. Lukaşenko Rusiya baş naziri Putinin onun prezident Medvedevlə əldə etdiyi istənilən razılaşmaya qarşı çıxdığını deyib. Bu da Medvedev-Putin münasibətləri haqqında deyilənləri yenidən gündəmə gətirib. Ekspertlərin bu barədə fikirləri birmənalı deyil.
Politoloq Razi Nurullayev deyilənləri Putin-Medvedev qarşıdurması kimi qiymətləndirməsə də, bu iki şəxsin yürütdüyü siyasətdə müəyyən fərqin olduğunu deyir.
Ekspertin sözlərinə görə, Medvedev Belarusu Rusiyadan tamamilə uzaqlaşdırmamaq üçün siyasi bəyanatlar verir, müəyyən məsələlərlə bağlı razılığını bildirir. Lakin Putin fərqli siyasətin tərəfdarıdır: “Medvedev müəyyən məsələlərdə daha liberal siyasət yürüdür. Rusiyanın dünya siyasətində münaqişələrdə, avtoritarizmdə rol oynamasına qarşıdır. Ancaq Putin hesab edir ki, hər bir halda əldə çubuq, güc olmalıdır. O, Belarusun müstəqil siyasət yürütməsinin əleyhinədir. Çünki müstəqil siyasət yeritsə, Avropaya inteqrasiya oluna bilər. Rusiya isə buna qarşıdır”.

http://azadliq.info/dunya/1887.html

Related Articles

Back to top button