InterviewsRazi Nurullayev

Müharibə bəyanatları niyə artıb?

2010-06-29

Razi Nurullayev: “Azərbaycan beynəlxalq birliyin razılığını almadan müharibəyə başlamayacaq”

«Azərbaycan demək istəyir ki, Ermənistanı cəbhədə tək buraxın»

Son günlər müharibə bəyanatları artmaqdadır. Dövlət başçısı və müdafiə nazirindən sonra prezidentin müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyev də Azərbaycanın müharibə etməyə hazır olduğunu bildirib. V.Əliyev bildirib ki, rəsmi Bakı sülh danışıqları prosesinə sadiqdir və diplomatik ehtiyatlar hələ tam tükənməyib. Lakin hazırki vəziyyət daim davam edə bilməz. Müharibə bəyanatlarının artmasının əsas səbəbi nədir?
Onu da qeyd etmək lazımdır ki, prezidentin köməkçisinin dedikləri bu vaxta qədər səslənən iki fikri təkzib edir. Bunlardan biri beynəlxalq güclərin guya müharibəyə imkan verməyəcəyi, digəri isə Rusiyanın Ermənistana dəstək verəcəyi ilə bağlı fikirlərdi. V.Əliyev müharibə başlayacağı təqdirdə Azərbaycan ordusunun qarşısında yalnız ermənilərin olacağını bildirib.
Deyilənlərə münasibət bildirən politoloq Razi Nurullayevin fikirincə, müharibə bəyanatlarının səsləndirilməsi Ermənistanın mövqeyinə təsir etmək məqsədi daşıyır. Digər tərəfdən beynəlxalq aləmi gərginlikdə saxlamağa hesablanıb.
Politoloqun sözlərinə görə, Azərbaycan beynəlxalq birliyin razılığını almadan müharibəyə başlamayacaq. Əks halda Azərbaycana güclü təzyiqlər ola bilər. Demokratiya, insan haqları ilə bağlı kifayət qədər təzyiqlərlə üzləşən Azərbaycanın indiki vəziyyətdə müharibəyə başlaması ölkənin beynəlxalq aləmdə mövqeyini zəiflədəcək.
R.Nurullayev müharibəyə başlamazdan əvvəl müxalifətlə məsləhətləşmələrin aparılmasını da vacib hesab edir.
Ekspert hərbi əməliyyatlar zamanı Azərbaycan ordusunun qarşısında yalnız ermənilərin olması ilə bağlı deyilənləri də Ermənistana təsir kimi qiymətləndirdi: “Azərbaycan bununla demək istəyir ki, Ermənistanı cəbhədə tək buraxın. Bu, ilk növbədə regiondakı dövlətlərə mesajdır”.

http://azadliq.info/gunun_ichinden/1813.html

Related Articles

Check Also
Close
Back to top button