Interviews

Yaxın zamanda Belarusda rəngli inqilab baş verə bilər

Razi Nurullayev: “Avropa və ABŞ Belarus prezidentini cəzalandırmaq qərarına gəlib”

“Aleksandr Lukaşenko artıq limitini bitirib. Çünki, A.Lukaşenkoya həm ABŞ, həm də Avropa ölkələri bir neşə dəfə şans verdilər ki, o ölkədə demokratik seçkilər keçirsin, demokratik prosesləri başlasın. A.Lukaşenko isə bütün bunlara rəğmən öz bildiyini etdi”.

Bu fikirləri ABŞ-ın Belarusa qarşı tətbiq etdiyi yeni maliyyə sanksiyalarını şərh edən politoloq Razi Nurullayev “Olaylar”-a bildirib. Onun sözlərinə görə, Avropa və ABŞ Belarus prezidentini cəzalandırmaq qərarına gəlib. Ona görə də bu kimi sanksiyalar tətbiq olunur. Politoloq hesab edir ki, tətbiq olunan sanksiyalardan sonra Lukaşenkonun yürütdüyü siyasi xəttdə hər hansi dəyişiklik baş verməzsə bu sanksiyalar daha ciddi xarakter daşıyaraq Belarusun iqtisadi cəhətdən daha da zəifləməsi üçün sözügüdən ölkəyə investisiya yatırımları, Belarus məhsullarının dünya bazarına çıxarılmasını əngəlləyə bilər. R.Nurullayev yaxın zamanlarda Belarusda rəngli inqilabın baş verməsi üçün demokratik qüvvələr tərəfindən hər hansı addım atılmasının mümkünlüyünü bildirib.
Qeyd edək ki, tətbiq olunan sanksiyalara görə, Belarus rəhbərliyinin 158 nümayəndəsinə, o cümlədən prezident Aleksandr Lukaşenko və onun oğlanları Viktor və Dmitrinin bir sıra xarici ölkələrə səfər etməsi məhdudlaşdırılıb.

Related Articles

Back to top button