Articles

Facebookda Jurnalistlər və Siyasilərdən ibarət qrup yaradılsın

Yalnız jurnalistlərin və siyasi-ictimai fəalların toplaşdığı bir Facebook qrupuna ehtiyac var. Bunun vacibliyi ondadır ki, siyasilər, ictimai xadimlər hər hansı bir məsələ ilə bağlı fikirlərini bildirə, jurnalistlər isə onu istifadə edə bilərlər. Lakin vacibdir ki, bu qrup bağlı bir qrup olsun və ancaq seçilmişlər qəbul olunsun. Hər bir jurnalist daima bu qrupu yoxlasın və məlumatları nəzərdən qaçırmasın.

Bəzən elə olur ki, bir məsələ ilə bağlı münasibət bildiririk, eyni sualları digər jurnalistlər də ünvanlayır. Çünki, bu və ya digər siyasinin məsələyə münasibətindən xəbərsiz olur. Bu ilkin təklifimdir və hesab edirəm ki, daha da cilalana bilər. Bunun üçün 5-6 nəfərdən ibarət bir qrupun yaradılması və onların toplaşaraq bu məsələni ciddi müzakirə edərək qrupu yaratması vacibdir. Bütün jurnalistlərrin bir qrupda olması çox vacibdir. Lakin, ciddi moderatorluğa da ehtiyac var.

Bu qrupun təşkli üçün İŞÇİ QRUPUN bir üzvü mən…

Daha kimlər qoşulmaq istərdi?

Related Articles

Back to top button