Interviews

Suriya prezidenti də ölümə məhkum ediləcək

Liviya lideri Moammar Qəddafinin, İrak diktatoru Səddam Hüseynin, Misir prezidenti Hüsnü Mübarəkin, Tunisin qaçan prezidenti Bin Alinin taleyini gözün önünə gətir və nə qədər ki, iş-işdən keçməyib, xoşluqla istefa ver, get!

AXCP sədrinin müavini, İctimai palatanın təsisçi üzvü Razi Nurullayev Suriyada baş verənlərə münasibət bildirib. O, Suriya ordu və tanklarının etirazçıların toplaşdığı Baniyas şəhərinə hücumunu və şəhərdə bütün kommunikasiya xətlərini kəsməsini pisləyib. O deyib ki: “İnsan hüquq təşkilatlarının verdiyi xəbərə görə martın ortalarından başlanan etiraz dalğalarında 580 nəfər ölüb. Lakin, Suriya hüquq müdafiə təşkilatı olan Savasiah deyir ki, onların əlində 800 nəfər öldürülən etirazçının adı var.  Suriya rəsmiləri də ölənlərin içində onlarla polis və əsgərlərin olduğunu deyirlər. artıq cümə günü yürüşündə 26 nəfərin öldüyü məlumdur. Acınacaqlı hal baş verməkdədir. Avropa Birliyi də Suriyada etirazları qəddarcasına yatıran 14 Suriya rəsmisinin bank hesablarının dondurulması və AB-nə gəlişinə qadağa qoyulması barədə qərar çıxarıb. Hadisələrin inkişafı onu göstərir ki, Liviyadan sonra ikinci cəbhənin də açılması ehtimalı var. Bəlkə də Suriyanı da Liviyanın taleyi gözləyir? Belə bir sual ortaya çıxır:

Nəyə görə 1963-cü ildən bəri davam edən fövqaladə rejimi Bəşər Əl Əsəd indi ləğv etdi? Məgər 38 il vətəndaşı qorxu və zülm altında saxlamağın bədəlini bir gün ödəməli deyildimi? İnsanların azadlıq və hürriyyət sevgisini boğmaqın bir gün cəzasını çəkmək zamanı gələcəyini düşünmürdümü?”. AXCP rəsmisi sonra qeyd edir ki, “belə bir vəziyyətdə qardaş Türkiyənin Suriya ilə ciddi danışması gərəkməkdədir. Məncə, Türkiyə Bəşər Əl Əsədi inandıra bilər ki, o sülh yolu ilə hakimiyyətin legitimliyini təmin etsin. Azad və ədalətli seçkilər keçirilməsi üçün fəaliyyətə başlasın. Bütün siyasi azadlıqları təmin etsin. 38 ildə Suriya vətəndaşlarına qarşı işlətdikləri zorakalığa, qanunsuzluğa və onları qorxu, iqtisadi sıxıntılar içində yaşatdıqlarına görə üzr istəsin və getsin!”

AXCP rəsmisi daha sonra tarixə maraqlı bir ekskursiya təşkil edir və Bəşər Əl Əsədi nə qədər gec deyil istefaya səsləyir:

“Suriya rəhbərliyi Liviya rəhbərliyindən dərs almalıdır. Vaxtında ABŞ və Avropa Birliyi Liviya lideri Moammar Qəddafiyə çıxıb-getmək haqqını tanıdığını bəyan etdi. Onun instintaqa çəkilməyəcəyini söylədi. O isə dirəniş göstərdi və xalqına qarşı soyqırım həyata keçirməyə başladı. Artıq onun hökmü verilib: ÖLÜM! O, öldürüləcək və çox yəqin ki, övladlarını da itirmiş olacaq. Zamanı ilə İrak diktatoru Səddam Hüseynə də üzüsulu çıxıb getmək haqqı tanınmışdı. Dirəniş göstərdi və öldü. Övladlarını da itirdi. Tarixdə adı da diktator kimi qaldı. Çıxıb getsə idi, o zaman tarixdə adı müsbət də qala bilərdi. Misir prezidentinə çıxıb getmək haqqı tanındı, o isə əməl etmədi. İndi onu ölüm hökmü gözləyir və övladları da həbsdədir. Bəşər Əl Əsəd üçün bütün bunlar “gözü çıxmış qardaş” deyilmi? Bir vətəndaş olaraq Suriya prezidentinə səslənirəm: Nə qədər gec deyil, istefa ver. Əks halda, səni də Liviya liderinin taleyi gözləyir. O talenin sonu isə ölümə məhkumluqdur!

http://qafqazinfo.az/%E2%80%9CB%C6%8F%C5%9E%C6%8FR_%C6%8FS%C6%8FD_EDAM_OLUNACAQ%E2%80%9D___A%C3%87IQLAMA-9492-xeber.html

Related Articles

Back to top button