ArticlesInterviewsRazi Nurullayev

Azərbaycan Qüzey Kıprızı tanısa, Güney Kıprız da qondarma DQR-i tanıya bilər

Рази Нуруллаев, зам-председатель ПНФА

Xocalı soyqırımı Türkiyə Parlamentində keçiriləcək Azərbaycanın müstəqilliyinin 20 illiyi ilə bağlı tədbirdə müzakirə oluna və ciddi çıxışlara səbəb ola bilər. Ancaq onun soyqırım kimi tanınmasını indiki mərhələdə istisna edirəm.

Qeyd edim ki, bu ayın 20-26-sı aralığında Türkiyə Böyük Millət Məclisində Azərbaycanın müstəqilliyinin 20 illiyi ilə əlaqədar olaraq tədbir keçiriləcək. Tədbirdə Azərbaycan deputatlarının da iştirak edəcəyi və Türkiyə Böyük Millət Məclisindən Xocalı soyqırımını tanımasını xahiş edəcəkləri gözlənilir.

Güman edirəm ki, qardaş ölkə parlamentində Xocalı soyqırımı müzakirə olunarsa, parlamentarilər ona həm də Fransanın Türkiyəyə və qondarma erməni qoyqırımına münasibəti prizmasından yanaşacaqlar. Lakin, güman etmirəm ki, məsələ indiki halda tanınma ilə nəticələnə bilər. Xocalı soyqırımının tanınması, Parlamentdə baş verən debatların intensivliyindən, gətirilən dəlillərdən, əsaslandırmalardan və orada Azərbaycanın maraqlarını təmin edən parlament üzvlərinin fəallığından asılı ola bilər. Doğurdan da Azərbaycanın müstəqilliyinin 20 illiyi ilə bağlı müzakirələrdə müəyyən əsaslandırmalar olarsa, emosiyalar coşarsa, bu emosiyaların coşması nəticəsində kifayət qədər Xocalı soyqırımının tanınmasını da gündəmə gətirərsə, ola bilsin ki, gündəliyə salına bilər. Amma Xocalı soyqırımının tanınması məsələsi eyni zamanda tək millət vəkillərinin istəyi ilə deyil, həm də Türkiyənin milli maraqlarına bağlı məsələdir. Türkiyə özünün xarici siyasəti ilə Xocalı soyqırımının tanınması məsələsini uzlaşdırmalıdır.

Türkiyə Xocalı soyqırımının tanınması ilə bağlı mənfi və müsbət cəhətləri götür-qoy edərək qərar verə bilər. Digər tərəfdən, qardaş ölkənin Xocalı soyqırımını tanıması, onlarla ölkənin qondarma erməni soyqırımını tanımasına gətirib çıxarar. Bəs, Türkiyə və Azərbaycan belə senariyə hazırdırlarmı? Birmənalı olaraq deyə bilərəm ki, yox. Hələ də Türkiyə və Azərbaycanın xarici siyasəti tam inteqrasiya edilməyib və bir sıra məsələlərə fərqli münasibət bəsləyirlər. Birinci fərqli münasibət, Azərbaycanın Qüzey Kıprız Türk Cümhuriyyətini tanıması ilə bağlı məsələni uzatmasıdır. Lakin, qardaş ölkə də başa düşməlidir ki, Azərbaycanın belə addım atması Dağlıq Qarabağın Yunan Kıprızları tərəfindən tanınmasına yol aça bilər.

Lakin, istisnalar da ola bilər. Fransa Prezidenti Nikola Sarkozinin Ermənistanda “Türkiyə 2011-ci ilin sonuna kimi “erməni soyqırımı”nı tanımazsa, Fransa müvafiq addımlar atacaq” bəyanatına cavab olaraq rəsmi Ankara Xocalı soyqırımını və Afrika ölkələrində Fransa müstəmləkələri zamanı on minlərlə afrikalının soyqırımını tanımaqla cavab verə bilər.

Related Articles

Back to top button