ArticlesInterviews

Məmur-oliqarx monopoliyası ölkəni təlatümlərə sürükləyir

Razi Nurullayev

Razi Nurullayev: Çox yemək istəyi, hakimiyyəti az yeməkdən da mərhum edə bilər.

“2009-cu ildə Praqada əsası qoyulan və Avropa İttifaqı ilə altı tərəfdaş ölkə (Azərbaycan, Belarusiya, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) ilə münasibətlərin gücləndirilməsi üçün irəli sürülən Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsünə Azərbaycan daha inamlı yanaşmalı və inteqrasiyanı sürətləndirməlidir. Avropa İttifaqına inteqrasiya Azərbaycan üçün daha müqabildir. Çünki, bu İttifaqa inteqrasiya Azərbaycanın müstəqilliyi və azad ölkə kimi formalaşmasında heç bir əngəlliklər yaratmır”. Bunu AXCP sədrinin müavini Razi Nurullayev deyib.

O qeyd edib ki, gələn il Putin dönəminin başlaması ilə Avrasiya İttifaqının da gündəmdə qalacağını və Rusiyanın Azərbaycanı bu birliyə cəlb etmək üçün addımlar atacağı gözləniləndir. Məsələnin qəlizliyi bundadır ki, Putin Avrasiya İttifaqına qoşulacaq dövlətlərə daha çox iqtisadi mənfəətlər vəd edir. Bu da bir çox dövlətləri şirnikləndirir. Deyərdim ki, Avrasiya İttifaqı, Şərq Tərəfdaşlığı və Avropa Qonşuluq Siyasəti Təşəbbüsünə qarşı hesablanmış bir təşəbbüsdür.

Şərq Tərəfdaşlığı üzv ölkələrə tam inteqrasiya, iqtisadi və siyasi azadlıqlar vəd edir. Azərbaycanın Avropa İttifaqı ilə Assosiasiya Sazişini imzalaması ölkəmizi yeni bir inkişaf mərhələsinə gətirib çıxarar. Azərbaycanın əsas problemlərindən biri siyasi azadlıqlarla yanaşı, iqtisadi azadlıqların da olmamasıdır. ŞT çərçivəsində Azərbaycanda iqtisadiyyatın tam liberallaşdırılması nəzərdə tutulur. Bu isə məmur-oliqarx monopoliyasının sonu və yeni tip liberal yönümlü sahibkarlar ordusunun meydana çıxması deməkdir. Bu da özü-özlüyündə Azərbaycan xalqının daha azad yaşaması və sosial problemlərinin həlli deməkdir. Həm də Azərbaycan insanının avrozonaya azad səfər etməsi, azad şəkildə idxal-ixracla məşğul olması, biznes qurması və sərmayələrini qorunmasıdır.
Ölkənin monopoliyalar məngənəsində sıxılması bahalaşmanın əsas səbəbidir. Bu da yaxın zamanlarda sosial partlayış tərədə bilər. Təlatümlərdən qorunmanın yolu, ŞT çərçivəsində Avropa İttifaqı ilə daha yaxından əməkdaşlıq etmək və tələbləri yerinə yetirməkdir. Çox yemək istəyi, hakimiyyəti az yeməkdən da mərhum edə bilər.

Related Articles

Back to top button