Corner articles

Malidə baş verənlər

Razi Nurullayev

Keçən həftə Qərbi Afrika ölkəsi olan Malidə mövcud hökumətə qarşı qiyam qaldıran ordu hissələri paytaxt Bamakoda prezident sarayını ələ keçirdilər, prezidenti və nazirləri həbs edərək məhkəməyə çıxaracaqlarını söylədilər. Mali prezidenti Amadu Tumani Ture özü də 1991-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gəlib.

Qiyama gətirib çıxaran hərbi iğtişaşlar Malinin şimalındakı Tuareq tayfalarının üsyanının amasızlıqla yatırılması olub. Hərbçilər ordunun təchizatından da olduqca narazı olduqlarını söylədilər.

Lakin, ortada dünynın yeni düzəni və ölkələrin baxışları haqqında düşünməli ciddi faktorlar var. Artıq heç bir dövlət avtoritarzimi və diktaturanı qəbul etmir. Afrika dövlətləri də demokratiya yoluna qədəm qoyublar. Seneqal haqqında yazımda bunu daha çox qabardacam.

Indi keçək Maliyə.

Malinin də üzv olduğu bir Afrika birliyi var. Adı Qərbi Afrika Dövlətlərinin İqtisadi Əməkdaşlığıdır. Üzvlər Malinin qonşulardır: Fil Dişi Sahilləri, Benin, Burkina Faso, Niger və Liberiya. 27 martda bir yerə toplaşan liderlər qərara alıblar ki, Malinin üzvlüyü dondurulsun və qanuni hakimiyyət zor gücü ilə də olsa hakimiyyətə qaytarılsın. Onlar hərbiçilərin lideri və xuntanın başçısı Amadou Sanogo ilə danışıqlardan da imtina edirlər və hakimiyyəti xalqa verməyi tələb edirlər.

ABŞ, Fransa və Avropa Birliyi də Maliyə iqtisadi yardımalrı dayandırıb.

Nəticə nədir?

Əgər əvvəlki zaman olsa idi, dünya liderləri Malidə iqtisadi layihələr almaq və ölkədə əlverişli biznes qurmaq üçün yeni xunta lideri ilə danışıqlar aparmaq üçün növbəyə dayanardılar. Afrika dövlətləri isə xuntanı çoxdan tanımışdı. Amma, onlar xuntanı nəinki tanımır, hətta onu hərbi güclə devirəcəkləri barədə xəbərdarlıq da edirlər.

Bəli, dünya dəyişib. Dəyişən dünyanın yeni qanunları və yanaşmaları var. Kim demokratiklışmək istəmirsə, kim dəyişmək istəmirsə, kim dünyada dəyişən mühitlə razılaşmırsa, ya onu “başa salacaqlar”, ya da dəyişəcəklər. Amma, ən asan yol qanunlar çərçivəsində dəyişiklik yaratmaqdır.

Related Articles

Back to top button