Statements

Prezidentin çıxışına sözardı…

Prezident İlham Əliyevin dünən etdiyi çıxş və müxalifət haqqında işlətdiyi ifadələr, belə görünür ki, müxalifət-iqtidar dialoqunun baş tutmasını mümkünsüzlüyə yuvarlayır. Çünki dövlət başçısının bu tip çıxışından sonra hamı dərsini alır. Bu o deməkdir ki, İctimai Palata ora daxil olan partiyalar, hərəkatlar bu prosesdən kənar qalacaqlar. Amma, İP-nin daxil edilmədiyi və iştirak etmədiyi heç bir birlik, dialoq yetərli ola bilməz. Bunu beynəlxalq aləm də qəbul etməyəcək.

Bununla bərabər, dünyada siyasi vəziyyət çox tez dəyişir. Dövlət başçısı çıxışında İİ dünya düzənindən sonra formalaşan yeni dünya düzənini də xatırladıb. Mən düşünürəm ki, indi də yeni dünya düzəni formalaşmaqdadır. Bu dünya düzəni o qədər sürətlə formalaşmaqda davam edir ki, sabah iqtidarın israrla təklif etdiyi dialoqu müxalifət qəbul etməz. Ona görə də dövlət başçısı ifadələrinin yaradacağı perspektivə də ciddi fikir verməlidir. Azərbaycan müxalifətinin hazırki iqtidarda heç kimlə şəxsi düşmənçiliyi yoxdur və bütün debatlar ölkənin demokratikləşməsi və daha azad cəmiyyətin qurulması yönündədir.

Related Articles

Back to top button