Statements

Ən böyük biclik, elə düzlükdür

Razi Nurullayev, "Region" Beynəlxalq Analitik Mərkəzin (RBAM) təsisçisi və eksperti
Razi Nurullayev, “Region” Beynəlxalq Analitik Mərkəzin (RBAM) təsisçisi və eksperti

Dialoq məsələsi həmişə gündəmə gətirilir. Bu gün də bir sıra mətbuatda buna rast gəldim. Guya müxalifət dialoqdan qaçır və qarşıdurma yaratmaqda maraqlıdırlar. Hansı dialoqdan danışılır?

Onlarla vətəndaş cəmiyyəti təmsilçisi, onlarla siyasətçi, onlarla gənc fəal və bloggerlər həbsdədir. Hər gün yeni həbslər həyata keçirilir. Hətta, 3 gün öncə Qarabağ qazisi Asif Yusiflini belə həbs etməkdən çəkinmədilər. Qarşıdurmanı kim yaradır? Hər gün günahsız yerə həbs edilən müxalifət, yoxsa iqtidar? Cəmiyyətdə parçalanma yaradan iqtidardır, yoxsa müxalifət?

Məgər haqqı demək, düz olanı söyləmək və azad cəmiyyət uğrunda mübariə aparmaq cinayətdir? Məgər azad söz demək və azad fikir bildirmək cinayətdir? Bu üsullarla cəmiyyətdə barış yaranarmı?

Çox təəssüf edirəm. Dəyərlər itir, zor və güc önə çıxır. Qorxu altında düz söz danışmaq istəyən dillər susdurulur. Amma, onların hamısını susdurmaq mümkün deyil. Artıq cəmiyyətdə Nyuton qanunları işləməyə başlayıb. Bir nəfər zorən susdurulanda, digər nəfər onun yerini alır və bəzən bir nəfər susdurulanın yerinə 2-3 nəfər danışmağa başlayır.

Demək ki, bu metod işləmir. Onun üçün də bu həbs dalğasını qurtarın. Həbslər artıq işə yaramır. Ən böyük biclik, elə düzlükdür. Düz olun və düz rəftar görəcəksiniz!

Related Articles

Back to top button