Corner articlesStatements

Varvar kimi yaşayan, şərqlilər hamamda çiməndə kol dibində yuyunan avropalılar

Razi Nurullayev, "Region" Beynəlxalq Analitik Mərkəzin rəhbəri
Razi Nurullayev, “Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri, Chairperson, Baku-based “Region” International Analytical Center

 14 dekabr 2014.

Bir sual məni çox düşündürür. Şərq dünyası özünün mütəfəkkirləri, filosofları və adil adamları ilə fəxr edib. Onlar dövlət quruluşu haqqında yazıblar, şahları ədalətli olmağa çağırıbıar, dünyada ən hikmətli sözləri onlar deyiblər. Amma, dahilər yetişdirən və dünyaya elmi, biliyi, fəlsəfəni, kəşfləri bəxş edən ölkələr bu gün qeyri-demokratik dövlətlərdir.

İran dünyaya sufizmi bəxş edib. Bu gün Ömər Xəyyamı bütün dünya oxuyur və onun hikmətli sözlərinə heyrət edir. Mövlana Cəmaləddin Rumi bütün dünyanın adil adamıdır. O bu gün də bizi ədalətə öyrədir.
Amma, İran demokratik ölkə deyil.

Misir dünyanın sivilizasiyasının beşiklərindən biridir. Onun piramidaları və mədəni irsi bu gün də dünyanı heyrətləndirməkdədir.
Misir demokratik ölkə deyil.

Ərəbistan yarımadası dünyaya sülh və barış dini olan islam dinini bəxş edib. Həzrəti Peyğəmbəri (s.ə.s) bəxş edib.
Bu gün dünyanın ən bağlı və qapalı ölkələrindəndir.

Çin də dünya sivilizasiyasının beşiyidir. O dünyaya Konfutsi, Lao-tszı, Mo-tszı və s. dahiləri bəxş edib.
Bu gün Çin qeyri-demokratik ölkədir.

Azərbaycan da Şərqin ilk demokratik cümhuriyyəti olub. Şərq dünyasında çox “ilk”lərə imza atıb. 1919-cu ildə qadınlara ilk səsvermə hüququ tanıyıb. İlk opera yaradıb. İlk tear yaardıb və sair “ilk”lər. İndi isə sürətlə avtoritarizm və qeyri-demokratikliyə yuvarlanır.

Varvar kimi yaşayan, şərqlilər hamamda çiməndə kol dibində yuyunan avropalılar isə bu gün bizim həsəd apardığımız və yaşamaq istədiyimiz yerdir.
Niyə? Çox gözəl dissertasiya mövzusudur

Related Articles

Check Also
Close
Back to top button