Corner articlesStatements

Hər kəs danışmaq istəyir, təklif verir və hər kəs birinci sırada oturmaq istəyir

Razi Nurullayev, "Region" Beynəlxalq Analitik Mərkəzin (RBAM) təsisçisi və eksperti
Razi Nurullayev, “Region” Beynəlxalq Analitik Mərkəzin (RBAM) təsisçisi və eksperti

Yeni müxalif blokların və birliklərin yaranması mümkündürmü? Əlbəttə, mümkündür. Amma, AXCP üçün Milli Şura sonuncu əməkdaşlıq bloku olmalıdır. Zənimcə, bu elə belədir də.

AXCP Milli Şurada fəaliyyət göstərir və bura birliyə canını və qanını qoyub. Azərbaycanın ən dəyərli ziyalılarının, siyasi partiyalarının, müstəqil hüqüqşünas və QHT təmsilçilərinin kifayət qədər hissəsi də siyasətini və gələcəyini Milli Şuraya bağlayıb. Bizim hər birimizin onların da qarşısında bir borcumuz var. Onların da bizim qarşımızda. Zamanı ilə bütün müxalifətin iştirakı ilə yaradılan Milli Şura bu gün cəmiyyət üçün daha cəzbedici görünür. Bunun üçün də Milli Şurada təmsil olunanlar üçün Milli Şura müstəvisindən kənar bloklar maraqlı olmamalıdır.

Biz doğru bildiyimizi etməliyik. Kənar səslər və təzyiqlər bizi düz yoldan sapdırmamalıdır. İnanıram ki, xalqın da böyük əksəriyyətinin Milli Şuraya simpatiyası daha çoxdur.

Bəzən deyirlər ki, seçkilərdə qələbə qazanmaq üçün bütün güclər bir yerdə olmalıdır. Bu pis ideya deyil. Amma, alınmır. Hər kəs bir yerdə olanda, heç iclasları idarə etmək olmur. Hər kəs danışmaq istəyir, hər kəs təklif verir və hər kəs birinci sırada oturmaq istəyir.

Müxalifətin seçkini udması üçün vahid birlik və vahid platforma olmalıdır. Bu paltforma Milli Şuradır. Hər gün yeni blok və birlik yaratmaq həm xalqda, həm də hərəkat adamlarında qıcıq doğurur. Milli Şuranı bütün müxalifət bir yerdə yaradıb. Milli Şura müxalifətin sonuncu birlik formatıdır və belə də qalmalıdır.

O ki, qaldı Milli Şura və AXCP-ni hədəf seçənlərə, onlara demək istəyirəm ki, əsas tutulan və gedilən yolun düzgün olmasıdır. Yol düz oldusa, insanlar səni asan tapır. Kələ-kötür yolla axtarış etməyə ehtiyacları qalmır. Bütün mövcud birliklərə və yeni yaradılıcaq qurumlara uğur olsun. Arzuladığım ən sonuncu məsələ müxalifət və müxalifət adına iddia edənlərin bir-biri ilə savaşması və qarşılıqlı ittihamlarıdır. Xalq bunu görür və bağışlamır.

Related Articles

Back to top button