AnalysisCorner articles

Hakimiyyət yuxusunda tez-tez Maydan görür

Razi Nurullayev, politoloq
Razi Nurullayev, politoloq

Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Azərbaycan hakimiyyətinə qarşı ciddi narahatlığını ortaya qoyub. Çünki, Azərbaycan AŞPA-da Rusiyanın lehinə səs verib. Ermənistan bitərəf qalaraq daha yumşaq davranıb. Səfir narazıdır ki, Azərbaycan yenə ikili standartlar yeridir. Səfir deyir ki, “təcavüzlə üzləşən ölkəni qırağa itələyib, təcavüzkarla razılaşmaq olmaz. Təcavüzkar xoşbəxtdir, məmnundur”.

Səfir sonra deyir: “Mən çıxıb deməliyəm ki, Bakıda mənə senzura qoyublar? Hansısa universitetə gedəndə mənə deyirlər ki, Rusiya haqqında danışma. Ölkəsi işğal olunan Ukrayna səfiri nədən danışmalıdır bəs?”

Doğrusu, səfir Aleksandr Mişenkonun bu qədər açıq və sərt danışması məni təəccübləndirdi. Bəlkə də bu indiyə kimi Azərbaycanda görəv başında olan səfirlər tarixində birinci dəfədir ki, baş verir. Anlam nədir? Artıq heç kim susmaq istəmir. Çünki, Azərbaycan hakimiyyətinin keçən ildən yürütdüyü siyasət nəinki, ölkə vətəndaşlarını, vətəndaş cəmiyyəti təmsilçilərini və siyasi partiyaları hədəfləyib, həm də dünya gücləri daxil olmaqla Azərbaycanı tənqid edən ölkələri də hədəfləyib. Biz indiyə kimi Ukrayna ilə tarix boyu olan normal və dost münasibətlərdən ağızdolusu danışmışıq. Bununla fəxr etmişik. İndi isə, Azərbaycan hakimiyyətinin AŞPA-da Rusiyanı açıq müdafiə etməsi, çoxlarını düşünməyə vadar edib. Bu belə qala bilməz.

Birincisi, Ukrayna Azərbaycanla bağlı siyasətində korrektələr etməli oalcaq. Bu birinci növbədə Dağlıq-Qarabağ münaqişəsinə baxışda Ukraynanın mövqeyində dəyişikliyə səbəb ola bilər. Ermənistan AŞPA-da bitərəf qalmaqla, Ukraynanın simpatiyasını qazanmış oldu. Çünki, Ukrayna başa düşür ki, əgər Ermənistan öz ağası olan Rusiyaya çiyin göstərərək bitərəf qalırsa, bu Ukraynanı müdafiə etmək anlamına gəlməlidir.

Azərbaycan hakimiyyətinin belə bir səbatsız addım atmasına nə səbəb ola bilər? Bir neçə faktoru açıqlayacam. İlk növbədə deyim ki, Azərbaycan Dağlıq-Qarabağ problemi ola-ola belə bir addım atmamalı idi. Bu artıq Azərbaycan hakimiyyətinin əlindən həmişə ağızdolusu danışdığı və əlində bayraq etdiyi bir faktı almış oldu: ikili standart. Əgər “ölkələr Azərbaycana qarşı ikili standart yeridir” əldə bayraq idisə, bu bayrağı külək vurub qırdı. Təmir olunması da hələ ki, uzun olacaq. Təmirçi komadadır. Nə zaman ayılacaq, bilmək olmaz.

Mümkün səbəblər:

Birincisi, Azərbaycan hakimiyyəti Rusiyadan qorxur. Məhz, qorxduğuna görə bu addımı atıb. Hətta, Rusiya tərəfi Azərbaycana, ola bilsin ki, seçim yeri də qoymayıb. Bu isə hakimiyyətin acizliyidir. Çünki, Ruisyanı bu qədər başımıza mindirmək olmazdı. Rusiya ilə sərhədləri qorumaq lazım idi. Rusiya elə ölkədir ki, aldıqca almaq istəyir, əzdikcə, əzmək istəyir. Bundan sonra, artıq Azərbaycan hakimiyyəti, belə çıxır ki, direktivləri Moskvadan alacaq.

İkincisi, Azərbacyan hakimiyyəti Ukraynadan narazıdır. Çünki, Maydan hadisələri həm də Azərbaycan üçün başağrısına çevrilib. Azərbaycan hakimiyyəti yuxusunda tez-tez Maydan görür. Bu qarabasmanın günahkarı Ukrayna və Ukraynalılardır. Ukrayna Maydanı olmasaydı, Azərbaycan da bu qədər acınaqcaqlı duruma düşməzdi. Ola bilsin ki, hakimiyyət yegililərinin hər birinin qəlbində Ukraynaya qarşı bir qəzəb gizlənib və o qəzəb ara-sıra çölə çıxaraq özünü biruzə verir.

Üçüncüsü, Azərbaycan hakimiyyəti öz hesablamalarında yanlşılığa yol verib. Onlar bu məsələnin bu qədər şişməsini və ictimai rəyin onların üzərinə b qədər gələcəyini də hesablaya bilməyiblər. Hətta, indi hakimiyyət Ukrayna səfiri Aleksandr Mişenkonun bu çıxışından şok vəziyyətnə düşüblər. Çünki, onlar hər kəsi susdura biləcəklərini zənn edirlər. Ukrayna səfirinin cəsarətli çıxışı bumeranq effekti yarada bilər və digər səfirlər də açıq danışmağa başlaya bilərlər. Çünki, artıq hakimiyyətə yarınmaq istəyənlər növbəyə durublar ki, Ukrayna səfirini “persona-non qrata” elan etsinlər.

Nə baş verəcək? Digər səfirlər də Ukrayna səfirini müdafiə etməli olacaqlar. Səfir səfiri yalnız buraxmaz və əksər səfirlər Ukrayna səfirinin mövqeyini, təbii ki, bölüşürlər.

Related Articles

Back to top button